MDU-nun kitabxanası elektronlaşdırılır

Mingəçevir Dövlət Universitetinin (MDU) kitabxanasının elektronlaşdırılması istiqamətində işlər görülür və yaxın müddətdə elektron kataloqlaşmanın yekunlaşması nəzərdə tutulub.

Hazırda MDU-nun II tədris binasında yerləşən kitabxanada elektronlaşdırılma başa çatıb. I  tədris binasının kitabxanasında isə bu istiqamətdə işlərin böyük bir hissəsi artıq icra olunub. Kitabxanada aparılan işlər MDU-da qurulan elektron universitet modelinin tərkib hissəsi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, MDU-da müasir kitabxana xidmətlərinin tətbiqi ilə oxuculara xidmət işinin kəmiyyət və keyfiyyət göstəriciləri yüksəldilir, Azərbaycan elminin inkişafına töhfələr verilir.