Müzəffər Ali Baş Komandan: Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır

Müzəffər Ali Baş Komandan: Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır

Bakı, 10 noyabr, AZƏRTAC

Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır.

AZƏRTAC xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində deyib.

“Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, təbii ki, ordu quruculuğu, bütün bunlar bu qələbəmizi şərtləndirdi”, -deyə dövlətimizin başçısı qeyd edib.