MAGİSTRATURAYA BOŞ QALAN PLAN YERLƏRİNƏ QƏBUL OLUNAN BAKALAVRLARIN NƏZƏRİNƏ!

E L A N

MAGİSTRATURAYA BOŞ QALAN PLAN YERLƏRİNƏ QƏBUL OLUNAN BAKALAVRLARIN NƏZƏRİNƏ!

Mingəçevir Dövlət Universitetinin magistratura səviyyəsinə qəbul olunanlar 2020-ci il sentyabrın 4-dən 9-dək saat 0900 –dan 1800-dək aşağıdakı sənədləri təqdim etməlidirlər:

       Şəxsiyyət vəsiqəsi (surəti scan edilməklə);

       İş nömrəsi;

       Ali təhsil haqqında sənədin (diplom) surəti (scan edilməklə), cari ilin məzunları bakalavr səviyyəsini müvəffəqiyyətlə bitirmələri haqqında arayış (scan edilməklə);

       Şəkil 6 ədəd (3×4 ölçüdə)

       Təhsil haqqı ödənişinin qəbzinin surəti (ödənişli qəbul olunanlar üçün);

       İmtiyazlı şəxslərin sənədlərinin surəti (scan edilməklə);

İmtiyazlı bakalavrlar tərəfindən əlavə olaraq aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi mütləqdir:

1. Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş bakalavrlar:

– şəxsiyyət vəsiqəsinin surəti;

– doğum haqqında şəhadətnamənin surəti;

– ölüm haqqında şəhadətnamənin surəti;

– valideynin əlillik haqqında sənədinin surəti.

2. Məcburi köçkün olan bakalavrlar:

– özünün məcburi köçkün vəsiqəsinin surəti;

– özünün şəxsiyyət vəsiqəsinin surəti.

3. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr səviyyəsində ödənişli əsaslarla qəbul olmuş I və II dərəcə əlilliyi olan şəxslərlə özünün sənədlərinin surəti.

4. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların uşaqları (əlillik səbəbi göstərildiyi kimi olmalıdır):

– doğum haqqında şəhadətnamənin surəti;

– şəxsiyyət vəsiqəsinin surəti;

– əlillik haqqında arayış.

Qeyd  1. Güzəşt yalnız ilk dəfə magistrant olanlara aiddir.

Qeyd  2. Karantin bitdikdən sonra magistrantlar – diplomların, imtiyazlı magistrantlar isə əlavə olaraq (1,2,3,4-cü bəndlər üzrə) göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətini təqdim etməlidirlər.

Qeyd 3. Sənəd qəbulu magistratura@mdu.edu.az e-poçt ünvanına göndərilməklə ONLİNE şəkildə aparılacaqdır.

Qeyd 4. Yarana biləcək suallarla bağlı əlaqə nömrəsi: (050) 6642981