MDU əməkdaşlarının İspaniyada təlimləri davam edir

MDU əməkdaşlarının İspaniyada təlimləri davam edir

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı layihənin 5 günlük növbəti təlim-toplantısı 3 iyun 2019-cu il tarixində İspaniyanın Alicante şəhərində öz işinə başlamışdır. Təlim-toplantılarda layihə tərəfdaşları olan 11 Azərbaycan Universtitetlərinin nümayəndələri ilə yanaşı, Azərbaycan Təhsil Nazirliyi nümayəndəsi, İsveçin Kral Texnologiya Universiteti, İngiltərənin Middlesex universiteti və Litvanın SMK Universitetinin numayəndələri də iştirak etmişdir. Təlimlərin ilk 2 günündə layihənin icrası müddətində əldə edilən uğurlar və qarşılaşılan çətinliklər, qarşıda duran fəaliyyətlərin gücləndirilməsi üçün mümkün olan imkanlar və eyni zamanda risklər barəsində təqdimatların nümayiş etdirilməsi, müzakirəsi və onların xarici mütəxəssislər tərəfindən qiymətləndirilməsi və Alicante Universitetinin Keyfiyyət Təminatının daxili strukturu və prosedurlarının təqdimatı keçirilmişdir. 

Təlimlərin növbəti günlərində İspaniyanın Milli Keyfiyyət Təminatının təqdimatı, əsas fəaliyyət göstəricilərinin monitorinqi və qiymətləndirmə mexanizmləri, nəzarət və qiymətləndirmə sistemin təkmilləşdirilməsi, innovativ tədris metodlarının tətbiqi, akademik heyət üçün karyera inkişaf proqramlarının yaradılması və növbəti fəaliyyət planları haqqında müzkirələr aparılmışdır.

Mingəçevir Dövlət Universitetini layihə üzvləri Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin direktoruŞ baş müəllim Səbinə Quliyeva, “Mühəndislik” fakültəsinin dekanı, dosent Vüqar Mustafayev, Beynəlxalq əlaqələr sektorunun rəhbəri, layihənin meneceri Samirə Əhmədova və Karyera mərkəzinin direktoru, baş müəllim Üzeyir Zeynalov təmsil ediblər.

{phocagallery view=category|categoryid=166|limitstart=0|limitcount=0}