MDU-nun alimlərinin “Multikulturalizmə giriş” kitabı işıq üzü gördü

MDU-nun alimlərinin “Multikulturalizmə giriş”

kitabı işıq üzü gördü

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Novruz oğlu Hacıyevin, Humanitar fənlər kafedrasının dosenti, e.f.d., Esmira Hilal qızı Cəfərovanın və kafedranın baş müəllimi İlham Mabud Məmmədovun müəllifi olduqları “Multikulturalizmə giriş” adlı Dərs vəsaiti geniş oxucu kütləsinə təqdim edilmişdir. 2018-ci ildə 372 səhifədən ibarət olan kitab Bakı şəhərində “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində yüksək nəfisdə tərtib və nəşr olunmuşdur.

Kitab alternativ elmi-kütləvi ədəbiyyat qismində ali təhsil müəssisələrinin bakalavriat pilləsində təhsil alan tələbələrin, həmçinin geniş oxucu auditoriyasının multikulturalizm ideyaları haqqındakı mövcud elmi-nəzəri biliklərin artırmaları məqsədilə tətrib edilmişdir. Kitabda multikulturalizm ideyalarının təşəkkülü və inkişafı, onun müasir dünyanın müxtəlif ölkələrində dövlət siyasəti kimi özünü təsdiq etməsi, cəmiyyətin ictimai-fəlsəfi və ədəbi-bədii fikir tarixində tolerant və multikultural bəşəri ideyaların təkamülü, çağdaş Azərbaycan multikulturalizminin spesfik xüsusiyyətləri və multikulturalizm siyasətinin müasir dövrdə mövcud olan problemləri və perspektivləri ardıcıl və metodiki şəkildə təhlil olunmuşdur.

Dərs vəsaitinın əvvəlində kitabın həmmüəlliflərindən Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevin ön sözü yazılmışdır. 12 fəsildən ibarət olan vəsaitdə istifadə olunmuş ədəbiyyatların sayı 221-dir.

Dərs vəsaitinin elmi redaktorları AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin professoru, filologiya elmləri doktoru, əməkdar elm xadimi Qəzənfər Kazımov və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent İlham İsmayılovdur.

Kitaba AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin professoru, filologiya elmləri doktoru, əməkdar elm xadimi Qəzənfər Kazımov və Sumqayıt Dövlət Universiteti, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedarsının müdiri, tarix elmləri doktoru, professor Şirxan Səlimov rəy veriblər. Kitabın texniki redaktorluğunu və dizayn işlərini Mingəçevir Dövlət Universitetinin baş müəllimi Zaur Rəsulov yerinə yetirib.  

Qeyd edək “Multikulturalizmə giriş” adlı Dərs vəsaiti Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 08 yanvar 2018-ci il tarixli iclasının qərarı ilə (protokol №4) çapa tövsiyə olunmuşdur.    

{phocagallery view=category|categoryid=66|limitstart=0|limitcount=0}