MDU-nun Elmi Şurasında EQAC layihəsinə uyğun olaraq hesabat dinlənildi

MDU-nun Elmi Şurasında EQAC layihəsinə

uyğun olaraq hesabat dinlənildi

 

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevin rəhbərliyi ilə Elmi Şuranın növbəti iclası keçirilib. İclasın gündəliyində duran məsələlərdən biri də Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin direktorunun 2018-2019-cu dərs ilinin I yarımilinə dair hesabatı olub. Mərkəzin direktoru Səbinə Quliyeva “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və İnkişafı” (EQAC) layihəsinə uyğun olaraq universitetdə aşağıdakı istiqamətlərdə işlərin görüldüyünü bildirmiş və onların nəticələrini Şura iştirakçılarının nəzərinə çatdırmışdır:

1. Universitetin hüquqi-normativ təminatının təkmilləşdirilməsi;

2. İnformasiya təminatının zənginləşdirilməsi;

3. Tədris prosesi təşkili vəziyyətinin araşdırılması;

4. Yeni interaktiv təlim texnologiyalarından istifadə səviyyəsi;

5. Tədris prosesinin zəruri resurslarla təchizatı səviyyəsi;

6. Tədris proqramları və sillabusların müvafiq tələblərə cavab verməsi;

7. Professor- müəllim heyətinin potensial imkanları və elmi fəaliyyətləri;

8. Professor- müəllim heyətinin məmnunluq səviyyələrinin müəyyənləşdirilməsi;

9. Tələbələrin universitetdə aldıqları təhsildən məmnunluq səviyyəsinin müəyyən edilməsi (təhsilin keyfiyyəti);

10. Məzunların hazırlıq səviyyəsi.

Çıxışının sonunda S.Quliyeva keyfiyyətin yüksəldilməsində hər kəsin məsuliyyətlə işləməsinin vacibliyini vurğulayaraq aşağıdakı təklifləri irəli sürmüşdür:

1. Tədris proqramlarının təkmilləşdirilməsi və maraqlı tərəflərin bu işə cəlb edilməsi;

2. Professor-müəllim heyətinin pedaqoji ustalığının yüksəldilməsi məqsədi ilə təlim kurslarının təşkili;

3. Universitetə qədər hazırlığın təşkili;

4. Kitabxananın işinin zənginləşdirilməsi.

Sonda Mingəçevir Dövlət Universiteti Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin direktoru Səbinə Quliyeva şura üzvlərinin çoxsaylı suallarını cavablandırıb.

Məlum olduğu kimi Mingəçevir Dövlət Universiteti Bakı Biznes Universitetinin koordinatoru olduğu Avropanın 5 və respublikanın 11 aparıcı ali təhsil müəssisələrinin iştirak etdiyi və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və İnkişafı” (EQAC) layihəsinə qoşulmuş və bu məqsədlə istər Azərbaycanda, istərsə də Avropanın bir neçə aparıcı universitetlərində: İsveçin Kral Texnologiya Universitetində, Litvanın Mykolas Romeris Universiteti və Litvanın Sosial-Tətbiqi Elmlər Universitetində, Londonun Middlesex (Middlesax) Universitetində təlimlərdə iştirak etmişdir. Məhz bu layihəyə uyğun olaraq Mingəçevir Dövlət Univertsitetində Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzi yaradılmış və yuxarıda adları qeyd olunan universitetlərdə keçirilən təlimlərdən əldə edilən təcrübəyə əsaslanaraq mərkəz fəaliyyətini həyata keçirir.

{phocagallery view=category|categoryid=128|limitstart=0|limitcount=0}