MDU rektorunun əlamətdar günlər münasibətilə bayram təbriki

Hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!

Əziz tələbələr və məzunlar!

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzularımı çatdırıram.

Ümummilli lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi həmrəylik bayramı hər birimizi müstəqil Azərbaycanın davamlı inkişafı və tərəqqisi uğrunda səylə çalışmağa sövq edir. Bu yolda Mingəçevir Dövlət Universiteti ailəsinin bütün üzvlərinə uğurlar diləyirəm.

2020-ci ilin universitetimiz, əməkdaşlarımız, tələbələrimiz və məzunlarımız üçün yeni-yeni uğurlar gətirməsini arzu edirəm.

Bayramlarınız mübarək!

Hörmətlə,

Rektor Şahin Bayramov