MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNİN MAGİSTRATURA SƏVİYYƏSİNƏ QƏBUL OLUNANLARIN NƏZƏRİNƏ!

ELAN

 MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİNİN MAGİSTRATURA SƏVİYYƏSİNƏ QƏBUL OLUNANLARIN NƏZƏRİNƏ!

Mingəçevir Dövlət Universitetinin (MDU) magistratura təhsil səviyyəsinə  qəbul olunan bakalavrların sənəd qəbulu 2024-cü il iyulun 9-u saat 11:00-dan 18 iyul saat 18:00-dək aparılacaq. Magistrant adını qazananlar aşağıda qeyd olunan sənədlər ilə https://portal.edu.az/ saytında qeydiyyatdan keçməlidir. https://portal.edu.az/ saytında qeydiyyatdan keçməyən şəxslər DİM tərəfindən qəbul olunmamış hesab ediləcək və həmin şəxsin qəbul əmri verilməyəcəkdir. https://portal.edu.az/ saytında qeydiyyatdan keçdikdən sonra qeyd olunan sənədləri  MDU-nun Magistratura və Doktorantura Təhsil Mərkəzinə 2024-cü il iyulun 18-dək təqdim etmək lazımdır.

Qeydiyyat üçün tələb olunan  sənədlər:

  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Fotoşəkil (3×4 ölçüdə, ağ fonda);
  • Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) surəti (notarial qaydada təsdiq edilməklə), cari ilin məzunları bakalavr təhsilini bitirmələri haqqında arayış;
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və hərbi biletin surəti (oğlanlar üçün);
  • Təhsil haqqı ödənişinin qəbzinin surəti (ödənişli əsaslarla qəbul olunanlar üçün).

 

İmtiyazlı bakalavrlar tərəfindən əlavə olaraq aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi mütləqdir:

  1. Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş bakalavrlar:

– doğum haqqında şəhadətnamənin surəti;

– vəfat etmiş valideynin (valideynlərinin) ölüm haqqında şəhadətnaməsinin surəti;

– digər valideynin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat (forma 88).

Qeyd: Bu imtiyaz 23 yaşınadək olan şəxslərə aiddir.

 

  1. Məcburi köçkün statusu olan bakalavrlar:

– bakalavrın cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

  1. I və II dərəcə əlilliyi olan bakalavrlar:

– doğum haqqında şəhadətnamənin surəti;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat (forma 88).

 

  1. Şəhid ailəsinin üzvü olan bakalavrlar:

– doğum haqqında şəhadətnamənin surəti;

– Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

– Bakalavrın Şəhid ailəsinin üzvü  kimi vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

– Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş  surəti. 

Qeyd: Bu imtiyaz 23 yaşınadək olan şəxslərə aiddir.

 

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları (əlillik səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır):

– doğum haqqında şəhadətnamənin surəti;

– valideyinin şəxsiyyət vəsiqəsinin surəti;

– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat (forma 88).

5.1. Azərbaycan Respublikasının suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

– doğum haqqında şəhadətnamənin surəti;

– Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən valideyinin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd-arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı).

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər:

-Müharibə veteranı olduğunuzu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.

Qeyd: Güzəşt yalnız ilk dəfə magistrant olanlara aiddir.

For conact:

Tel: 0513892201

E-mail: magistratura@mdu.edu.az

Ünvan: MDU-nun əsas tədris binası, 206-cı otaq

Mingəçevir şəhəri Dilarə Əliyeva küçəsi 21, AZ4500

MDU-nun magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunanlar üçün ödəniş qaydaları:

  1. Kapital Bankın filiallarına müraciət etməklə;
  2. Kapital Bankın ödəmə terminalları vasitəsilə: Təhsil ödənişləri – Mingəçevir Dövlət Universiteti bölməsinə daxil olmaqla ödəmək olar;
  3. Hökumət Ödəniş Portalı üzərindən plastik bank kartları ilə: www.gpp.az – Bütün ödənişlər > Təhsil > Ali Təhsil Müəsisələri > şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə;

Onlayn və ya köçürmə yolu ilə ödəmək istəyənlər üçün rekvizitlər təqdim olunur:

“Mingəçevir Dövlət Universiteti” PHŞ

VÖEN: 2700208321

Bank: “Kapital Bank” Mingəçevir

Kodu: 200 297

Bank VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ01350100000000001944 SWIFT: AİİBAZ2X

Hesablaşma hesabı: AZ15AİİB33080019442905187129