Mingəçevir Dövlət Universitetində “Statistika” fənnindən təqdimat verilib

Mingəçevir Dövlət Universitetində “Statistika” fənnindən təqdimat verilib

Mingəçevir Dövlət Universitetində “Statistika” fənni üzrə açlq dərs keçirilib. Fənni tədris edən İqtisadiyyat və idarəetmə fakültəsi “Sənayenin təşkili və idarəetmə” kafedrasının baş müəllimi Elmira Hacıyeva mövzu barədə ətraflı məlumat verib. Açıq dərsdə tələbələrlə yanaşı, fakültə dekanı dos. Nüşabə Qədimli, kafedra müdiri dos. Emiliya Hüseynova, kafedranın müəllimləri və dəvət qismində Mingəçevir şəhər Statistika idarəsinin rəisi Etibar Kərimov iştirak edib.

Dövlət və bələdəiyyə ixtisası üzrə III kurs, DB17 saylı qrup tələbəsi Anar Quliyev “Statistika cədvəlləri və qrafikləri” mövzusunda təqdimatla çıxış edib. Anar Quliyev Statistika cədvəlləri haqqında anlayış, statistika cədvəllərinin elementləri, statistik məlumatların qrafik üsulu ilə təsviri, statistik məlumatların qrafiklərlə təsvirinin əsas növləri haqqında ətraflı izah verib. Onun tərəfindən hazırlanan slaydlar mövzuya tam aydınlıq gətirib və tələbələr tərəfindən daha effektiv mənimsənilməsinə şərait yaradıb.

Dərsin sonunda Anar Quliyevin təqdimatı barədə fakültə dekanı dos. Nüşabə Qədimli, kafedra müdiri dos. Emiliya Hüseynova, Mingəçevir şəhər Statistika idarəsinin rəisi Etibar Kərimov fikrlərini bölüşüb, tövsiyələrini veriblər. Təqdimat yüksək səviyyədə qiymətləndirilib.

{phocagallery view=category|categoryid=271|limitstart=0|limitcount=0}