Mingəçevir Dövlət Universitetində tələbələr üçün maarifləndirici seminar keçirilib

Mingəçevir Dövlət Universitetində tələbələr üçün maarifləndirici seminar keçirilib

 

2022-ci ilin 22 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan Respublikası – dövlətin əsasları” mövzusunda elmi seminar keçirilib.

“MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı keçiriləcək Tədbirlər Planı” çərçivəsində təşkil edilən seminarda universitetin tələbə və magistrantları iştirak ediblər.

Seminara moderatorluq edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev ali təhsil müəssisələrində gənclərin ideoloji maarifləndirilməsi, onların dövlətin əsasları, vətəndaşların hüquq və vəzifələri barədə məlumatlandırılmasının zəruriliyindən danışıb və tədbirin əhəmiyyətini vurğulayıb.

Sonra, seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Hüseyn Əsgərov “Azərbaycan dövlətinin ali məqsədi”, MDU-nun hüquqşünası Elvin Abbasov “Hüquqi dövlətin əsasları”, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Nazim Niftəliyev “Azərbaycan Respublikası xalqın suverenliyinin təcəssümüdür” mövzularında məruzələrlə çıxış ediblər.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da Vətənə, xalqa və dövlətə bağlı mütəxəssis kadrların yetişdirilməsi məqsədilə tələbə gənclərin ideoloji maarifləndirilməsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

{phocagallery view=category|categoryid=877|limitstart=0|limitcount=0}