Mingəçevir Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib

Mingəçevir Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının hesabat-seçki konfransı keçirilib

 

26 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) növbəti hesabat-seçki konfransı keçirilib. Konfransda MDU-nun rektoru Şahin Bayramov, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Konfransda TGT-nin sədr əvəzi Elmira Hüseynli iki illik fəaliyyəti barədə hesabat verib.

MDU-nun rektoru Ş.Bayramov hesabat dövründə TGT-nin gördüyü işləri müsbət qiymətləndirib. Qeyd edib ki, pandemiya dövrünün çətinliklərinə baxmayaraq, layiqli missiyası, təqdirəlayiq fəaliyyəti, ölkənin və regionun ictimai və sosial həyatına töhfəsi sayəsində MDU-nun tələbə gənclərinin şanlı Zəfər ilində “İlin Tələbə Gənclər Təşkilatı” mükafatına layiq görülməsi əlamətdar hadisə və mühüm uğurdur.

MDU-nun modernləşməyə doğru inamla irəlilədiyini vurğulayan rektor tələbə gənclərin universitetin çoxşaxəli fəaliyyətinə töhfələrinin davamlı olacağına əminliyini bildirib və onlara uğurlar arzulayıb.

Sonra TGT-nin yeni seçilmiş sədri, MDU-nun Pedaqoji fakültəsinin tələbəsi Pənah Kərimov və idarə heyətinin yeni üzvləri təqdim olunublar.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da tələbəyönümlü məzmunun yaradılmasına, tələbələrin universitet idarəçiliyində iştirakının artırılmasına və tələbə təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə xüsüsi diqqət yetirilir.

{phocagallery view=category|categoryid=784|limitstart=0|limitcount=0}