Rektor Şahin Bayramovun Beynəlxalq Müəllimlər Günü təbriki

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim heyəti üzvləri!

5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, elmi-pedaqoji fəaliyyətinizdə və şəxsi həyatınızda yeni-yeni uğurlar arzulayıram.

Müasir Azərbaycan tarixinin şərəfli səhifələrinin yazıldığı bu günlərdə xüsusi vurğulamaq lazımdır ki, Siz təkcə ali təhsilli mütəxəssislər deyil, eləcə də Vətəninə, xalqına və dövlətinə bağlı vətənpərvər vətəndaşların yetişdirilməsində mühüm xidmətlər göstərirsiniz. Bu gün tarixi Azərbaycan torpaqlarını düşməndən azad edən qəhrəman əsgərlərimiz arasında Sizdən dərs almış gənclər də var.

Peşə bayramınız mübarək olsun!

Hörmətlə,

Şahin Bayramov

Mingəçevir Dövlət Universitetinin rektoru