Mingəçevir Dövlət Universitetinin əməkdaşları “Keyfiyyət təminatında təcrübə mubadiləsi” adlı beynəlxalq vebinarda iştirak ediblər

Mingəçevir Dövlət Universitetinin əməkdaşları “Keyfiyyət təminatında təcrübə mubadiləsi” adlı beynəlxalq vebinarda iştirak ediblər

 

        19 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) akademik və inzibati heyət üzvləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) evsahibliyi ilə hibrid formada keçirilən “Keyfiyyət təminatında təcrübə mübadiləsi” adlı beynəlxalq vebinarda iştirak ediblər.

Türkiyənin və Azərbaycanın ali təhsil müəssisələrinin, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təmsilçilərinin qatıldığı vebinarda keyfiyyətin təminatı sahəsində iştirakçı universitetlərin təcrübəsi ilə bağlı təqdimatlar göstərilib və qarşılıqlı müzakirələr aparılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da keyfiyyət təminatı məsələləri diqqət mərkəzində saxlanılır, bununla bağlı yerli və xarici universitetlərin qabaqcıl təcrübələrinin öyrənilməsinə xüsusi önəm verilir.