Mingəçevir Gənclər Evinin əməkdaşları Universitetin tələbələri ilə görüşüblər

Mingəçevir Gənclər Evinin əməkdaşları Universitetin tələbələri ilə görüşüblər

 

Mingəçevir Gənclər Evinin əməkdaşları Samrin Xanlayevin rəhbərliyi ilə Zəminə Ədilova, Aytac İsayeva, Göyçək Abbasova, Dağlar Babayev və könüllülər Mingəçevir Dövlət Universitetinin tələbələri ilə görüşüblər. Tələbələrə Gənclər Evinin fəaliyyəti, uzun müddətli proqramları ilə bağlı onlara ətraflı məlumat verilib. Müəssisənin əməkdaşları gənclər arasında könüllü fəaliyyətin təbliğ olunması məqsədilə, iştirakçılara könüllü olmaqla əldə edəcəkləri üstünlüklər, bilik və bacarıqlardan danışıblar. Tələbələrin asudə vaxtlarını səmərəli və maraqlı şəkildə təşkil etmələri üçün mövcud imkanları onların diqqətinə çatdıran əməkdaşlar sonda iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Tələbələrin təklifləri dinlənilib.

{phocagallery view=category|categoryid=267|limitstart=0|limitcount=0}