Rektor Şahin Bayramovun “Energetiklər Günü” təbriki

Rektor Şahin Bayramovun “Energetiklər Günü” təbriki

20 oktyabr – Energetiklərin Peşə Bayramı Günüdür!

Bu gün həm də Ümummilli Liderimiz tərəfindən əsası qoyulan və hazırda Cənubi Qafqazın ən böyük energetika müəssisəsi olan Azərbaycan İstilik Elektrik Stansiyasının yaradılmasının 40 illik yubileyidir!

Hər iki əlamətdar hadisə münasibətilə “Azərbaycan İES” MMC-nin əməkdaşlarının timsalında bütün energetiklərimizi həm öz adımdan, həm də Mingəçevir Dövlət Universiteti ailəsinin üzvləri adından təbrik edirəm!

Möhtərəm Prezidentimiz tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fədakar energetiklərimizə yeni-yeni uğurlar arzulayıram!