You are currently viewing Rektor Şahin Bayramovun Beynəlxalq Müəllimlər Günü təbriki

Rektor Şahin Bayramovun Beynəlxalq Müəllimlər Günü təbriki

Mingəçevir Dövlət Universiteti (MDU) ailəsinin dəyərli üzvləri!

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işinizdə yeni-yeni nailiyyətlər arzulayırıq!

Müasirləşən MDU-nun uğurları üçün göstərdiyiniz fədakarlığı yüksək qiymətləndiririk!

MDU-nun Təhsil fakültəsində oxuyan tələbələrimizi – gələcəyin müəllimlərini də təbrik edir, onların şərəfli Müəllim adına layiq olacaqlarına əminliyimizi bildiririk!

Hazırda müəllim işləyən bütün MDU məzunlarını, ayrıca olaraq Zəngilanda və Füzülidə fəaliyyətə başlamış orta məktəblərdə çalışan Şəmsiyyə Şəmsəddinova, İltimas Məmmədova və Zəhra İsayevanı təbrik edir, doğma Universitetimizin adını daim uca tutduqlarına görə hər birinə təşəkkür edirik!

Əziz Müəllimlər!

Siz, doğma Qarabağımızı düşmən işğalından azad edən qəhrəmanlara təhsil və tərbiyə verdiniz!

Siz, gənclərə Anaya sevgi, Vətənə sevgi və Xalqa sevgi aşılayırsız!

Siz, gənclərə bilik verir, onlara savadlı, dürüst və humanist olmağı öyrədirsiz!

Fədakarlığınız unikal nümunə, əməyiniz çox dəyərlidir!

Müəllimlər Gününüz mübarək olsun!