Mingəçevir Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrası, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində iştirakçılar universitetdən şəhər stadionuna qədər yürüş edərək sağlam həyat tərzini təbliğ ediblər. Stadionda gimnastika hərəkətləri və qaçış yarışı təşkil olunub, qaliblər medal və sertifikatlarla mükafatlandırılıb.
Tədbir Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində “Sağlamlıq və rifah” (SDG 3) istiqamətinə töhfə verərək sağlam həyat tərzinin təşviqinə xidmət edib. 7 aprel – Ümumdünya Sağlamlıq Gününə həsr olunan yürüş sağlamlığın hər kəs üçün əsas dəyər olduğunu bir daha vurğulayıb.