Mingəçevir Dövlət Universitetində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) istiqamətində həyata keçirilən tədbir və təşəbbüslərin təşkilində fəal iştirak edən bir qrup əməkdaş və tələbə təşəkkür sertifikatları ilə təltif olunub.
Təltifetmə mərasimində universitetdə dayanıqlı inkişaf mədəniyyətinin təşviqi, yaşıl kampus təşəbbüslərinin genişləndirilməsi, ekoloji maarifləndirmə fəaliyyətlərinin həyata keçirilməsi və sosial məsuliyyət dəyərlərinin gücləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, universitetdə SDG məqsədlərinə uyğun fəaliyyətlərin genişləndirilməsi, tələbə və əməkdaşların bu proseslərə fəal cəlb olunması dayanıqlı universitet modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Təşəkkür sertifikatları MDU-nun SDG komandasının rəhbəri, Elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova tərəfindən təqdim olunub. O, çıxışında universitetdə dayanıqlı inkişaf istiqamətində həyata keçirilən fəaliyyətlərdə əməkdaş və tələbələrin fəal iştirakının xüsusi önəm daşıdığını qeyd edib.
Sonda tədbirlərin təşkili və həyata keçirilməsində fəallıq göstərən əməkdaş və tələbələrə təşəkkür ifadə olunub, onların universitetin dayanıqlı inkişaf hədəflərinə verdiyi töhfə yüksək qiymətləndirilib.
MDU-da dayanıqlı inkişaf istiqamətində fəaliyyətlərin gələcək dövrdə də davam etdirilməsi nəzərdə tutulur.