Təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 Q Ə R A R

www.nk.gov.az

“Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərinin qarşısının alınması tədbirlərinin davam etdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetiqərara alır:“Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 aprel tarixli 138 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, No 4, maddə 485) 1-ci hissəsinə “semestrləri (yarımillikləri)” sözlərindən sonra “, eləcə də 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili)” sözləri əlavə edilsin.

 

                                                               Əli Əsədov

                                                               Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4may2021-ci il

129