Tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizli aktiv məşğulluq tədbiri keçirilib

Tələbə və məzunlar üçün “Karyerada ilk addım”

devizli aktiv məşğulluq tədbiri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Mingəçevir şəhər Məşğulluq mərkəzi tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbirini Mingəçevir Dövlət Universitetində təşkil edib.

Mingəçevir şəhər Məşğulluq mərkəzi tərəfindən tərtib edilmiş tədbirlər planı üzrə keçirilən yığıncaqda universitetin müxtəlif ixtisasları üzrə 200-dən artıq tələbəsi iştirak edib.

Əvvəlcə Mingəçevir şəhər Məşğulluq mərkəzinin direktoru Elçin Abdullayev cıxış edərək, tələbələrə tədbirin mahiyyəti barədə məlumat verib. E.Abdullayev gənclərin səmərəli məşğulluğunun təmin edilməsi, onlar üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili, habelə tələbə və məzunların əmək bazarına inteqrasiyasına şərait yaradılması yönündə görülən işlərdən bəhs edib. Bildirilib ki, ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri və məzunları üçün “Karyerada ilk addım” devizi altında təşkil olunan aktiv məşğulluq tədbirləri həmin gənclərin əmək bazarına çıxış imkanlarının dəstəklənməsinə yönəlib.

Sonra tələbələr müəssisə və təşkilatların nümayəndələrilə görüşüblər. Tələbə və məzunlar mövcud əmək bazarı, müəssisə, idarə və təşkilatlarda ixtisaslarına olan tələbat barədə ətraflı məlumat əldə ediblər. Onlar işəgötürənlərlə ilkin əlaqələr qurub, öz ixtisas, bilik və bacarıqları, şəxsi keyfiyyətləri və s. barədə onlara şəxsi məlumatlarını (CV) təqdim ediblər.

Qeyd edək ki, bu tədbirlər tələbələrə, xüsusən universiteti bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlara malik olduqları qabiliyyət və bacarıqlarını işəgötürənlərə təqdim edə bilmələri və gələcək karyeralarında ilk addımlarını atmaları üçün şərait yaradılmasına hesablanıb. İşəgötürənlərin də bu aktiv məşğulluq tədbirlərində fəal iştirakı təmin edilir və onlar gənclər arasından ixtisaslı kadr seçmək imkanı qazanırlar.

Tədbirdə 20 idarə, müəssisə, və təşkilatlar 60 boş iş yerləri ilə iştirak etmişlər. Tədbirdə 25 nəfər tələbədən CV forması alınmış, 5 nəfər tələbə Əmək Birjası tərəfindən qeydiyyata alınmışdır.

{phocagallery view=category|categoryid=63|limitstart=0|limitcount=0}