Mingəçevir Dövlət Universitetinin “Türk Dünyası Təhsil Festivalı”ndakı uğurlu iştirakı

22 iyun 2024-cü il tarixində Bakı şəhərində Marriott Bakı Bulvar Hotel-də “Türk Dünyası Təhsil Festivalı” keçirilmişdir. Festivalın təşkilati dəstəyi CEO Fair şirkəti tərəfindən göstərilmişdir. Tədbirdə Türk dünyası dövlətlərinin aparıcı universitetləri təmsil olunmuşdur.

Mingəçevir Dövlət Universiteti (MDU) bu festivalda uğurla təmsil olundu. MDU-nun stendinə iştirakçılar tərəfindən çoxsaylı maraq göstərilmişdir. Universitetin hazırki fəaliyyəti, tələbə qəbulu üzrə plan yerləri, tədrisin təşkili, xarici tələbələrin təhsil almaq imkanı, qəbul balları, tələbə təqaüdləri və s. barədə verilən müxtəlif suallar, MDU-nu festivalda təmsil edən Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin, həmçinin Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin əməkdaşları – Azad Mirzəbəyov, İlhamə Məmmədova və Lamiyə İbrahimova tərəfindən ətraflı cavablandırılmışdır.

Maraqlananlara bukletlər, qələmlər və müxtəlif hədiyyələr təqdim edilmişdir. Sevindirici haldır ki, respublikamızın tanınmış alimləri, elm və təhsil işçiləri region universiteti olaraq MDU-ya olan maraq və dəstəklərini nümayiş etdirmişlər.

Festival iştirakçıları üçün təşkil olunmuş Qala Gecəsində sertifikatlar təqdim olunmuşdur.