“Texnologiya və İnnovasiya” mövzusunda təlimlər keçirilib

Mingəçevir STEAM Mərkəzi-də Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Texnologiya və İnnovasiya” mövzusunda təlimlər təşkil olunub. Təlimlər Sustainable Development Goals çərçivəsində 1-ci məqsədə – yoxsulluğun azaldılmasına xidmət edir və texnologiya və innovasiyanın sosial rifahın yaxşılaşdırılmasında rolunu nümayiş etdirməyi hədəfləyir.

Təlim proqramı çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar dinlənilib:

“Rəqəmsal transformasiya və yoxsulluğun azaldılmasında texnologiyanın rolu” – Fatimə Əliyeva (Mingəçevir Dövlət Universiteti, İnformasiya Texnologiyaları kafedrasının müəllimi)

“Gələcəyin bacarıqları və sosial rifahın formalaşmasında rəqəmsal təlimlərin rolu” – Məhsəti Əliyeva (Mingəçevir Dövlət Universiteti, İnformasiya Texnologiyaları kafedrasının müəllimi)

“Liderlik bacarıqları” – Səadət Aslanova (Mingəçevir Dövlət Universiteti, İnformasiya Texnologiyaları kafedrasının müəllimi)

“STEAM yanaşması və innovativ sahibkarlıq modeli” – Rəşad Quliyev (STEAM mərkəzi, təlimçi)

“Proqramlaşdırma və startap ekosistemi: İT və proqramlaşdırmanın startap ekosistemində rolu” – Məleykə Mahmudlu (Mingəçevir Dövlət Universiteti, KM22 qrup tələbəsi. Elmi rəhbər: Dinarə İslamova)

Çıxışlarda rəqəmsal transformasiya, innovativ texnologiyalar, liderlik bacarıqları, STEAM yanaşması və startap ekosisteminin inkişafında informasiya texnologiyalarının rolu kimi mövzular geniş şəkildə müzakirə olunub.

Təlimlərin əsas məqsədi iştirakçıların texnologiya və innovasiya sahəsində biliklərini artırmaq, onların rəqəmsal bacarıqlarını inkişaf etdirmək və sosial-iqtisadi inkişaf prosesində fəal iştirakına töhfə verməkdir.