You are currently viewing Universitetlərin şəhid olan məzunları kimlərdir? – TANIYAQ (AzEdu.az)

Universitetlərin şəhid olan məzunları kimlərdir? – TANIYAQ (AzEdu.az)

  • Post category:Patriotism

AzEdu.az, 28.03.2024

Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan Universitetlərinin onlarla tələbə və məzunları da var.

AzEdu.az Təhsil Portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat alacaq.

Sorğumuzu ilk cavablandıran Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadə oldu.

O bildirdi ki, ali təhsil ocağında 44 Günlük Vətən müharibəsində 5, 2022-ci ilin sentyabr hadisələrində isə bir şəhidi oldu.

“Ümumilikdə 6 şəhid məzunumuz var. Oruc Nəcəfli, Kənan Abdullayev, Əzəmi Hüseynov, Faiq Həsənov, Yusif Cəfərli və Qorxmaz İsgəndərov.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 19 mart 2021-ci il tarixli iclasında təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi məqsədilə universitetin strukturunda “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi”nin (TVİM) yaradılmasına dair qərar qəbul edilib. Həmin qərara əsasən MDU rektorunun 6 aprel 2021-ci il tarixli müvafiq əmri ilə sözügedən Mərkəz təsis edilib.

Mütəmadi olaraq həmin mərkəz və universitetin digər sturuktur bölmələri qəhrəman şəhid və qazilərimizin gənc nəslə tanıdılması, onların göstərdikləri şücaətlərin təbliğ edilməsi istiqamətində müxtəlif formatlı fəaliyyətlər həyata keçirirlər.

2-i məzunumuz olmaqla ümumilikdə 3 şəhidin həyat yoldaşı, 1 şəhidin övladı MDU-nun əməkdaşıdır. 5 şəhid övladı MDU-nun tələbəsidir. 5 MDU əməkdaşı da Vətən müharibəsi iştirakçısı olub (3-ü akademik-inzibati heyət üzvü, 2 texniki işçi). Ümumilikdə Vətən müharibəsində MDU-nun 120-dən çox tələbə və məzunu iştirak edib”.