Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində “Ustad dərsləri” silsilə formasında davam edir. 2025-ci ilin 3 dekabr tarixində onlayn formatda keçirilən növbəti dərsin məruzəçiləri Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Əməkdar Mədəniyyət İşçisi Elnarə Akimova və “Ədəbiyyat” qəzetinin baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Azər Turan olub
“AƏ25” və “T25” qruplarına təqdim olunan ustad dərsi “Türkçülük işığında” mövzusuna həsr olunaraq I Türkoloji Qurultayın tarixi əhəmiyyəti, ümumtürk düşüncəsinin formalaşmasında mühüm rol oynamış şəxsiyyətlər və hadisələr haqqında geniş elmi-analitik müzakirələr aparılıb. Tədbir, yalnız akademik biliklərin təqdimatı ilə məhdudlaşmayaraq, tələbələr üçün milli özünüdərk, tarixi yaddaş və ideoloji maarifləndirmə baxımından əhəmiyyətli platformaya çevrilib.
Tələbələr tərəfindən maraqla qarşılanan dərsin sonunda məruzəçilər onları maraqlandıran sualları cavablandırıblar və mövzu ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, “Ustad dərsi həftəsi” Təhsil fakültəsi tələbələrinə nəzəri biliklərlə praktiki təcrübəni birləşdirmək, sahə üzrə peşəkarlarla birbaşa əlaqə qurmaq və gələcək ixtisas hazırlığını daha səmərəli planlaşdırmaq imkanı yaradıb.