MDU kollektivi Ramazan bayramı münasibətilə şəhid ailələrini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Ramazan bayramı münasibətilə bu ali təhsil müəssisəsinin Vətən müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər.

Görüşlər zamanı torpaqlarımızın bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canından  keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ailə üzvləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edilib.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.