2025-ci ilin 24 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin (KTDİŞ) təşkilatçılığı ilə görüş keçirilib. Görüşdə universitetin İqtisadiyyat və idarəetmə, Mühəndislik və Təhsil fakültələrinin qrup nümayəndələri iştirak ediblər.
İclasa KTDİŞ-in baş mütəxəssisi Lamiyə İbrahimova sədrlik edib. Giriş sözü ilə çıxış edən L.İbrahimova şöbənin fəaliyyəti barədə məlumat verərək, tələbələrin təhsil keyfiyyətinin yüksəldilməsində onların fəal iştirakının əhəmiyyətini vurğulayıb. O, həmçinin universitetdə təklif və rəy qutularının tətbiqi ilə bağlı görülən işlərdən danışıb.
Daha sonra şöbənin mütəxəssisləri Aytən Musayeva və Tamara Xanlayeva müxtəlif istiqamətlər üzrə təqdimatlarla çıxış ediblər. Təqdimatlarda keyfiyyət nümayəndələrinin fəaliyyəti, beynəlxalq akkreditasiya prosesinə hazırlıq, ISO 9001 və ISO 21001 standartları üzrə sertifikatlaşdırma işləri, eləcə də tələbələrdən mütəmadi rəy və təkliflərin toplanmasının vacibliyi barədə ətraflı məlumat verilib.
İclasda tələbələrin sorğularda aktiv iştirakı, sosial şəbəkələrdə paylaşımlara münasibət bildirməsi, həmçinin universitetdə baş verən dəyişikliklər barədə müvafiq şöbəyə məlumat verilməsinin önəmi xüsusi qeyd olunub.
Tədbirin sonunda KTDİŞ-in müdiri Azad Mirzəbəyov tələbələrin suallarını cavablandırıb və onların irəli sürdüyü təkliflərin nəzərə alınacağını bildirib.