2023-cü ilin mayın 16-da Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçlığı ilə “Heydər Əliyev İli” çərçivəsində XV elmi-praktik konfrans keçirilib. Konfransda MDU-nun bir qrup professor-müəllim heyəti üzvlü, tələbə və magistrantlar iştirak edib.
TEC-in sədri Günəş Şəfaqətovun moderatorluğu ilə keçirilən konfransda tələbələrin məruzələri dinlənilib.
MDU tələbələrindən Nicat Məmmədov “Heydər Əliyev və Azərbaycanın qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası”, Aydan Məmmədova “Azərbaycan sənayesinin inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”, Mədinə Əliyeva “Heydər Əliyev və Azərbaycanın xaricdə təhsil strategiyası”, Babək Mirzəliyev “Sosial siyasətin Azərbaycan modeli”, Nail İsmayılov “Elektrik enerjisinin dəyişən cərəyanla ötürülməsinin üstünlükləri”, Pənah Kərimov “Heydər Əliyev ideyalarından güc alan gəncliyimiz”, Səbinə Rəhimova “Azərbaycanda turizmin inkişafında Heydər Əliyev siyasətinin rolu”, Aytən Məmmədova “Ekoloji siyasət irsində Ümummilli lider Heydər Əliyev fəaliyyətinin təcəssümü” və Zəhraxanım Seyidova “Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanda məktəbəqədər təhsilin inkişafı” mövzularında məruzə ilə çıxış ediblər.
Təqdim olunan məruzələr maraqla qarşılanıb. Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər keçirilir.