2025-ci ilin 27 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsində (HİK) sədr seçkisi keçirilib. İclasda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri və universitetin rəhbərliyi iştirak ediblər.
Keçirilən səsvermənin nəticəsinə əsasən Elçin Tağıyev MDU-nun Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib.
E.Tağıyev Bakı Mühəndislik Universitetində (keçmiş Qafqaz Universitetində) Kompüter mühəndisliyi ixtisası üzrə bakalavr, Sumqayıt Dövlət Universitetində isə İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistratura təhsili alıb. Hazırda Gəncə Dövlət Universitetində İnformatikanın tədris metodikası istiqaməti üzrə doktorantura təhsilini davam etdirir.
Azərbaycan Texnologiya Universitetində və Mingəçevir Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib. Hazırda Mingəçevir Dövlət Universitetində Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışır.
Yeni sədri təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!