Mingəçevir Dövlət Universitetində (MDU) “Sağlam Həyat” bədən tərbiyəsi və idman layihəsi çərçivəsində tələbələr arasında təyin olunmuş normativ hərəkətlər toplusunun yerinə yetirilməsi üzrə yarışlar keçirilib.
MDU-nun İdman və Sağlamlıq Kompleksinin təşkilatçılığı ilə keçirilən yarışlarda qız və oğlan tələbələr fərdi olaraq 100 metr məsafəyə qaçış, yerindən uzunluğa tullanma, jim, paralel qollarda və turnikdə dartınma kimi hərəkətləri yerinə yetirərək yarışıblar.
Yekunda toplanan ballara əsasən ilk üç yerin sahibləri təltif ediliblər.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsinə, o cümlədən müxtəlif idman yarışlarına cəlb edilməsinə xüsusi önəm verilir.