MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində genişləndirilmiş Elmi Şura keçirilib

  • Post category:MDU xəbərləri

Elmi Şurada 2025/2026-cı tədris ilinin payız imtahan sessiyasının nəticələri ətraflı təhlil olunub, fakültənin akademik göstəriciləri müzakirə edilib. Eyni zamanda, mövcud çatışmazlıqlar və onların aradan qaldırılması yolları ilə bağlı təkliflər səsləndirilib.

Elmi Şurada həmçinin 2025/2026-cı tədris ilinin yaz semestrinə hazırlığın vəziyyəti də diqqət mərkəzində olub. Tədris prosesinin təşkili, dərs cədvəllərinin formalaşdırılması, auditoriya təminatı və elektron resurslardan istifadənin genişləndirilməsi məsələləri müzakirə edilib.

Bununla yanaşı, fakültənin cari fəaliyyəti ilə bağlı bir sıra məsələlər gündəmə gətirilib, qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib. Sonda qəbul olunan qərarların icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.

Fakültə Elmi Şurasının iclas İqtisadiyyat və idarəetmə fakültəsində tədrisin keyfiyyətinin yüksəldilməsi və idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.