İnkubasiya və akselerasiya mərkəzi

İnkubasiya və Akselerasiya Mərkəzi Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 28.01.2025-ci il tarixli, 56 nömrəli qərarı ilə yaradılmışdır.

Mərkəzin fəaliyyətinin təşkili  MDU rektorunun əmri ilə təyin olunmuş  rəhbər tərəfindən həyata keçirilir. 

İnkubasiya və Akselerasiya Mərkəzinin aşağıdakı vəzifələri vardır:

Mərkəz bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifələri yerinə yetirir:

-Tələbə və gənc sahibkarların biznes ideyalarını inkişaf etdirmək və onları bazara təqdim etmək.

-Startaplara və innovativ layihələrə maliyyə və məsləhət dəstəyi göstərmək.

-Mentor və ekspertlər ilə gənc təşəbbüskarları bir araya gətirmək.

-İnkubasiya və akselerasiya proqramları təşkil etmək.

-İnovativ bizneslər üçün tədbirlər, seminarlar və təlimlər keçirmək.

-Yerli və beynəlxalq biznes mühitinə inteqrasiya etmək və əlaqələr qurmaq.

-Startap ekosistemini inkişaf etdirmək və bu sahədə fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq etmək.

-Akselerasiya proqramlarına uyğun olaraq daha inkişaf etmiş startaplara bazara çıxmaq və böyümək üçün təlimlər, şəbəkələşmə imkanları, investorlarla əlaqələrin qurulması, strateji planlaşdırma və biznes inkişafına dəstək göstərmək,

-İnkubasiya proqramlarına uyğun olaraq  startapların ilkin inkişaf mərhələsində onlara məsləhət xidmətləri, mentorluq, maliyyə və hüquqi dəstək vermək, iş yeri və resursların təmin edilməsinə nail olmaq.

Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:

-Mərkəz əsasən gənc və yeni təşəbbüskarların (startapların) inkişafını dəstəkləyən, innovasiya və sahibkarlıq mühitinin inkişafına xidmət edən fəaliyyəti həyata keçirmək,

-Universitetin tələbələri, müəllimləri və yerli cəmiyyətin digər üzvləri üçün innovasiya və sahibkarlıq ekosistemi yaratmaq, onların ideyalarının və layihələrinin inkişafına dəstək vermək, yüksək texnologiyalı və dayanıqlı startapların yaranmasına şərait yaratmaq.

Mərkəzin rəhbəri:

Muradzadə Elvin Amil oğlu – “İnformasiya Texnologiyaları” kafedrasının müəllimi.

04 noyabr 1992-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildə Mingəçevir şəhəri,  R.Qəhrəmanov adına 14 saylı tam orta məktəbi bitirmiş və Bakı Dövlət  Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinə daxil olmuşdur.  2014-cü ildə “İnformatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur. 2019-2021-ci illərdə Mingəçevir Dövlət  Universitetinin magistratura pilləsinin”İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (ixtisaslaşma: İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri)” ixtisasında təhsil almışdır.

Əmək fəaliyyətinə 2016-2017-ci illərdə Füzuli rayon Üçbulaq kənd tam orta məktəbində başlamışdır , 2017-2021-ci illərdə Ağdaş rayon Kotavan kənd tam orta məktəbində fəailiyyət göstərmişdir və hal-hazırda Mingəçevir Dövlət Universitetinin  “İnformasiya Texnologiyaları” kafedrasının müəllimidir. 1 dərs vəsaitinin, 30-a yaxın məqalə və tezisin müəllifidir.

Startap fəaliyyətinə nümunə olaraq komanda üzvü Nurlan Əzizli ilə birgə 2021-ci il 27-28 noyabr tarixlərində keçirilən Bakı Qida Hakatonunun qalibi olub, “from Start to Smart” – 9 aylıq müddəti əhatə edən sahibkarlığın, startapların inkişafına yönələn və mövcud su problemlərin innovativ həllinə istiqamətlənən 4 mərhələli bir layihənin iştirakçısı və finalçısı olub, 8 oktyabr 2022-ci ildə PAŞA Holding və PAŞA Həyat şirkətlərinin təşkilatçılığı ilə keçirilən PAŞA Hakatonnunda iştirak etmiş və finalçısı olmuşdur, 3 mərhələli “Gələcək üçün bacarıqlar”- gənclərin və müəllimlərin yetişdirilməsi üzrə mentorluq proqramında iştirak etmişdir, Teknofest 2022- ci il Azərbaycan finalçısı olmuşdur.

Mingəçevir Dövlət Universitetinin rektoru v.m.i.e., Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalovun 05 fevral 2025-ci il tarixli  01-03/47saylı əmri ilə ictimai əsaslarla İnkubasiya və Akselerasiya Mərkəzinə rəhbər təyin edilmişdir.

Ailəlidir.

Tel: +994 70 668 06 63

E-mail: elvin.muradzada@mdu.edu.az