Mingəçevir Dövlət Universiteti Beynəlxalq əməkdaşlıq şöbəsinə Koordinator vəzifəsinə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
· Beynəlxalq proqram və layihələrin idarə olunması.;
· Xaricdə təhsil imkanları barədə tələbələrin məlumatlandırılması;
· Tələbə və müəllim mobilliyinin təşkili;
· Layihə təkliflərinin hazırlanması və tərəfdaşlarla yazışma;
· Tərəfdaşlarla əlaqələrin qurulması və saxlanması;
· Tərcümə xidmətlərinin (şifahi və yazılı) həyata keçirilməsi;
· Protokol qaydalarına uyğun sənədlərin hazırlanması;
· İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edilməsi;
· Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
· Ali təhsil (beynəlxalq münasibətlər, menecment və ya yaxın sahələrdə);
· Müvafiq sahə üzrə iş təcrübəsi – minimum 2 il;
· İngilis dili biliyi (ən az B2);
· Rus dili biliyi (ən az B2);
· Türk dili biliyi (ən azı B2);
· Müvafiq proqramlarda iş təcrübəsi üstünlükdür;
· Mükəmməl ünsiyyət və təqdimat bacarıqları;
· Analitik düşünmə və problem həll etmə bacarığı;
· Əla səviyyədə kompüter bacarıqları (Microsoft Office);
· İşgüzar davranış etikası;
· Kreativ, ünsiyyətcil və inkişaf etməyə meylli olması
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini hr@mdu.edu.az elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 01.08.2025-ci il