2025-ci ilin 5 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov universitetin İctimai Nəzarət Şurasının üzvləri ilə görüş keçirib.
Görüş zamanı universitetin fəaliyyət istiqamətləri, idarəetmədə şəffaflığın artırılması və ictimai hesabatlılığın təmin olunması istiqamətində görülən işlər müzakirə edilib.
Rektor MDU-nun regionun aparıcı ali təhsil müəssisələrindən biri kimi sürətlə inkişaf etdiyini bildirib və İctimai Nəzarət Şurasının üzvərinin bu işdə mühüm rol oynadığını vurğulayıb.
Şura üzvləri A.Eminovu MDU-ya rektor təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıblar. Eyni zamanda, universitetdə baş verən yenilikləri yüksək qiymətləndirərək, gələcək fəaliyyətlərə dair tövsiyə və təkliflərini bildiriblər.
Qeyd edək ki, əsas məqsədi universitet idarəçiliyində şəffaflığın artırılmasından və ictimai hesabatlılığın təmin edilməsindən ibarət olan İctimai Nəzarət Şurası 2019-ci ilin 28 dekabr tarixində yaradılıb.Rektor Anar Eminovun müvafiq əmri ilə universitet İctimai Nəzarət Şurasının tərkibində dəyişiklik edilərək say tərkibi artırılıb.Esmira Hidayətova,Mingəçevir.
