Təcrübə və karyera inkişafı mərkəzi

Mərkəz haqqında

Mingəçevir Dövlət Universitetinin (bundan sonra MDU) Təcrübə və karyera inkişafı mərkəzi (bundan sonra – Mərkəz) MDU-da təhsilalanların və məzunların peşə hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, onların təcrübə, karyera inkişafı və məşğulluğunun təmin edilməsi, həmçinin MDU-nun akademik və inzibati heyətinin peşəkarlığının yüksəldilməsi istiqamətində MDU-nun məqsəd və vəzifələrini həyata keçirən struktur qurumdur. 

Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Təhsil haqqında” qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını,   Təhsil Nazirliyinin, “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”ni, digər aidiyyatı orqanların müvafiq  normativ-hüquqi aktlarını, eləcə də universitetin Nizamnaməsini, rektorun əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

Mərkəz öz vəzifələrini mövcud qanunvericiliyə uyğun olaraq MDU-nun struktur bölmələri, dövlət və yerli özünü idarəetmə orqanları, elm və təhsil qurumları, hüquqi və fiziki şəxslər,  beynəlxalq və qeyri-hökümət təşkilatları ilə qarşılıqlı əlaqədə, bağlanmış saziş və müqavilələr əsasında həyata keçirir.

Mərkəzdə görülən işlər

  • Təhsilalanların yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi üçün tədris edilməyən zəruri biliklərə, həyati bacarıqlara yiyələnməsi proseslərini idarə edir; 
  • Təhsilalanların əldə etdikləri nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsi məqsədi ilə tədris, istehsalat və diplomqabağı təcrübələri təşkil etməkdə, bu məqsədlə ayrı-ayrı ixtisaslar üzrə müvafiq tədris sənədlərini hazırlamaqda və məzunları öz ixtisasları üzrə peşəkar iş həyatına hazırlamaqda, iş axtarışında və uğurlu karyera qurmalarında onlara köməklik edir;
  • Tələbə və məzunların şəxsi inkişafına dəstək olur, onların özünü təqdim etmə bacarığı, peşəkar ixtisaslaşma imkanlarını artırır, əmək bazarının vəziyyəti barədə  məsləhət vermək üçün onlarla daim əlaqə saxlayır;
  • Müəssisə, təşkilatlar və sahibkarlarla əməkdaşlıq qurur, təcrübənin keçirilməsini təmin etmək məqsədi ilə müqavilələrin bağlanmasına nail olur, təcrübələrin proqram və qrafikini onlarla razılaşır, həmin qurumlarda olan vakansiyalar haqqında tələbələri və məzunları məlumatlandırır;
  • Məzunların əmək bazarında ixtisaslarına uyğun layiqli təmsil olunmasına hərtərəfli dəstək göstərir;
  • Müəssisə, şirkət rəhbərləri və mütəxəssislərlə tələbələrin və məzunların görüşlərini təşkil edir, həmin müəssisələrin bazasını yaradır, tələbələrin bu şirkətlərdə istehsalat təcrübəsi keçməsi və məzunların işə götürülməsi haqqında danışıqlar aparır və niyyət protokolu imzalayır;
  • Müxtəlif şirkət və sənaye müəssisələrinə təcrübə gəzintiləri və ekskursiyaları təşkil edir;
  • Tələbə və məzunlara professional CV və motivasiya məktubunun hazırlanmasında köməklik göstərir;
  • Tələbə və magistrantları müxtəlif tədris-inkişaf mərkəzlərində kurslar keçmək haqda maarifləndirir və onları bu kurslara yönləndirir;
  • Tələbə və məzunların peşəkarlığının yüksəldilməsi və şəxsi inkişafını təmin edən şərait yaradır; 
  • Universitetin əməkdaşlıq etdiyi partnyor və digər müəssisələr, beynəlxalq təşkilatlar və xarici (ölkədaxili həmçinin) qurumlar haqqında lazımi (ünvan, profili, əsas fəaliyyət istiqamətləri və s.) məlumat toplayır, onlar haqqında avtomatlaşdırılmış (elektron) məlumat bazası yaradır;
  • Məzunların məşğulluğunu təmin etmək üçün mütəmadi tədbirlər təşkil edir (əmək yarmarkaları, şirkət təqdimatları, karyera günləri, dəyirmi masalar, konfranslar, təlimlər və s.), bu tədbirlər və iş elanları barədə ətraflı informasiyalar hazırlayır və həmin informasiyaları tələbələrə və məzunlara çatdırır;
  • Elm, dövlət və iş dünyasında uğur qazanmış peşəkarların tələbələrlə görüşlərini təşkil edir (tələbələr həmin şəxsin həyat və iş təcrübəsini öyrənir, müasir iş dünyasının tələblərindən xəbərdar olur və özlərinə nümunə götürürlər);        
  • MDU-nun Nizamnaməsi, tərəf olduğu müqavilələr və öhdəliklərini müəyyən edən digər aktları (əmrlər, tədbirlər planı və.s) ilə müəyyən edilmiş istiqamətlərdə də fəaliyyət göstərir;
  • Məzunlar arasında koordinasiya işini aparır, Məzun Klubu yaradır və fəaliyyətini əlaqələndirir;
  • Məzun-məzun və məzun-universitet arasındakı əlaqələrin qorunub saxlanması və inkişaf etdirilməsi üçün sosial, mədəni və idman fəaliyyətlərini həyata keçirir;
  • Təhsilalanlarda, məzunlarda və əməkdaşlarda innovativ sahibkarlıq mədəniyyətini formalaşdırır

Məzunlar Assosiasiyası

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

              Mingəçevir Dövlət Universiteti

       Məzunlar Assosiasiyasının Əsasnaməsi

  1. Ümumi müddəalar;

1.1. Məzunlar Assosiasiyası (bundan sonra “Assosiasiya”) Mingəçevir Dövlət Universiteti (bundan sonra “MDU”) məzunlarının təşəbbüsü və universitet rəhbərliyinin dəstəyi ilə könüllü üzvlük əsasında yaradılmış, müstəqil fəaliyyət göstərən ictimai və sosial təşkilatdır.

1.2. Assosiasiya universitetin akademik və peşəkar inkişafına töhfə verən müstəqil təşkilatdır və öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununu, MDU-nun Nizamnaməsini və bu Əsasnaməni rəhbər tutur.

1.3. Assosiasiya üzvlərin bərabər hüquqlara malik olduğu, şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan demokratik idarəçilik modeli ilə fəaliyyət göstərir.

1.4. Assosiasiya siyasi birlik deyil və hər hansı siyasi fəaliyyətlə məşğul olmağı qarşısına məqsəd qoymur. Assosiasiyanın üzvləri Assosiasiyadan kənar fərdi şəkildə bu işlə məşğul ola bilərlər.

1.5. Assosiasiya hüquqi şəxs deyil, üzvlərinin səs çoxluğu ilə seçdikləri idarə heyəti tərəfindən idarə olunur.

 

  1. Assosiasiyanın məqsəd və vəzifələri:

2.1. Assosiasiyanın yaradılmasında məqsəd aşağıdakılardır:

2.1.1. MDU məzunlarının davamlı şəbəkələşməsini və akademik əlaqələrini gücləndirmək;

2.1.2. Məzunların peşəkar və sosial inkişafını təşviq etmək;

2.1.3. Karyera dəstəyi və mentorluq proqramları vasitəsilə gənc məzunlara dəstək vermək;

2.1.4. Məzunlar arasında innovativ təşəbbüsləri və sahibkarlıq fəaliyyətlərini inkişaf etdirmək;

2.1.5. Məzun məlumat bazasının yaradılması və daim yenilənməsini təmin etmək.

 

2.2. Assosiasiyanın vəzifələri aşağıdakılardır:

2.2.1. MDU-nun nüfuzunun artırılmasına və beynəlxalq ali təhsil şəbəkələrinə inteqrasiyasına dəstək vermək;

2.2.2. Universitetin məzunlarla mütəmadi əlaqəsini təmin edərək əməkdaşlığı genişləndirmək;

2.2.3. Tələbə və məzunlara mentorluq, təcrübə və iş imkanları yaratmaq;

2.2.4. Sosial məsuliyyət layihələrində iştirak edərək cəmiyyətə töhfə vermək;

2.2.5. Elmi-tədqiqat fəaliyyətlərinə məzunların cəlb olunmasını təşviq etmək.

  1. Assosiasiyanın fəaliyyəti.

3.1. Assosiasiya qarşısına qoyulmuş məqsəd və vəzifələri uğurla həyata keçirmək üçün qüvvədə olan qanunvericiliyə müvafiq olaraq müxtəlif yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir;

3.2. Respublikanın və dünyanın aparıcı ali təhsil müəssisələrinin məzun assosiasiyaları ilə strateji tərəfdaşlıqlar qurur;

3.3. Hər il məzunlar haqqında məlumat bazasını yeniləyir və onların karyera inkişafını izləyir;

3.4. Peşə hazırlığının artırılması məqsədilə seminarlar, konfranslar və təlimlər təşkil edir;

3.5. Məzunlar üçün iş yarmarkaları, mentorluq proqramları və karyera inkişaf tədbirləri keçirir;

3.6. Assosiasiyanın üzvləri, hüquqi və fiziki şəxslər tərəfindən verilən ianələrdən və digər sahələrdən əldə olunan vəsaitlərdən idarə heyətinin təsdiq etdiyi smeta üzrə Assosasiyanın saxlanması üçün istifadə edir.

 

  1. Assosiasiyanın üzvlüyünə qəbul.

4.1. MDU məzunları, universitetlə əlaqəli digər şəxslər və akademik mühitə töhfə verən şəxslər Assosiasiyaya üzv ola bilərlər;

4.2. Üzvlük fərdi qaydada və tam könüllülük əsasında həyata keçirilir;

4.3. Assosiasiyanın fəxri üzvlüyü xüsusi xidmətləri olan məzunlara və universitetə töhfə verən şəxslərə təqdim edilir. MDU-nun rektoru tutduğu vəzifəsinə görə Assosiasiyanın fəxri üzvü olur.

 

  1. Assosiasiya üzvünün hüquq və vəzifələri.

5.1. Üzvlərin aşağıdakı hüquqları var:

5.1.1 Assosiasiyanın bütün tədbirlərində iştirak etmək;

5.1.2 Resurslardan və şəbəkələşmə imkanlarından yararlanmaq;

5.1.3. Layihə və təşəbbüslərdə iştirak etmək;

5.1.4. İstədiyi vaxt üzvlükdən çıxmaq.

 

5.2. Üzvlərin vəzifələri:

5.2.1. Assosasiyanın Əsasnaməsinin tələblərinə riayət etmək;

5.2.2. Assosiasiyanın nüfuzunun qorunmasına çalışmaq;

5.2.3. Assosiasiyanın fəaliyyətlərinə aktiv dəstək vermək;

5.2.4. Digər məzunlarla əlaqələrin qurulmasına töhfə vermək.

 

  1. Assosiasiyanın idarə olunması.

6.1. Assosiasiyanın ali idarəetmə orqanı ümumi yığıncaqdır. Ümumi yığıncaqlar arası dövrdə idarəetmə seçilmiş İdarə Heyəti tərəfindən həyata keçirilir.

6.2. Ümumi yığıncaqlar ildə bir dəfədən az olmayaraq çağırılır. Növbədən kənar yığıncaqlar idarə heyətinin, yaxud üzvlərin sayının 2/3-dən çoxunun qərarı, habelə rektorun təklifi ilə çağırıla bilər. Ümumi yığıncaq üzvlərin sayının yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Ümumi yığıncaqda qərarlar iştirak edənlərin sadə səsçoxluğu ilə qəbul olunur.

6.3. Assosiasiyanın sədri ümumi yığıncaqda sədrlik edir, o, yığıncaqda iştirak etmədikdə, bu vəzifəni onun müavini, yaxud idarə heyətinin üzvlərdən biri həyata keçirir.

6.4. Ümumi yığıncaq Assosiasiyanın Əsasnaməsini təsdiq edir, lazım gəldikdə onlara dəyişikliklər və əlavələr edir;

6.5. İdarə heyətinin üzvlərini, idarə heyətinin üzvlərini, sədrini və müavinini seçir;

6.6. Assosiasiyanın illik fəaliyyət planını təsdiq edir;

6.7. Məzunun Assosiasiyanın üzvlüyünə qəbulu və ya üzvlüyündən çıxarılması haqda qərar verir;

6.8. İdarə heyətinin hesabatını təsdiq edir

6.9. Assosiasiyanın idarə heyəti 10 nəfərdən ibarət ümumi yığıncaqda sadə səs çoxluğu ilə 2 il müddətinə seçilir. Ümumi yığıncağın qərarı ilə bir nəfər 3 dəfə sədr seçilə bilər.

 

  1. Assosiasiyanın ləğv edilməsi.

7.1. Assosiasiya ümumi yığıncağın qərarı ilə ləğv edilə bilər;

7.2. Assosiasiyanın ləğvi haqqında qərar ümumi yığıncaqda iştirak edənlərin 2/3 hissəsinin səs verdiyi halda qüvvəyə minir;

7.3. Assosiasiyanın maliyyə fəaliyyətinin yoxlanılması rektor tərəfindən həyata keçirilir.

Məzunlar

Əziz məzunlar, əgər  özünüz haqqında məlumatı illər üzrə məzunlar siyahısı faylında  tapmadınızsa xahiş edirik Məzun məlumat bazası forumundan qeydiyyatdan keçəsiniz: https://forms.gle/C9XMqbYcLW1ePsoT7 

Aşağıdakı keçidlərə daxil olaraq, xronoloji ardıcıllığa əsasən siyahılarla tanış ola bilərsiniz.

Məzunlar – 1996-2015

Məzunlar – 2016-2020

Məzunlar – 2021-2022

Məzunlar – 2023-2024

Məzunlarımızın karyera inkişafına və işlə təmin olunmasına dəstək olmaq məqsədilə “CV bazası” yaradılmışdır. Bu platforma vasitəsilə məzunların işlə təmin olunması üçün işəgötürənlərlə əməkdaşlıq edilir.

Qeyd: Məzunlarımızın şəxsi məlumatlarının təhlükəsizliyi bizim üçün önəmlidir. Bu səbəbdən, bazada yerləşdirilən bütün məlumatlar müvafiq təhlükəsizlik tədbirləri ilə qorunur və yalnız işəgötürənlərə açıqdır. CV formalarını tecrube.karyera@mdu.edu.az ünvanına göndərə bilərsiniz.

Məzunlarımızı aşağıdakı sorğularda iştirak etməyə dəvət edirik:

Karyera xidmətlərindən məmnunluq sorğusu: https://forms.office.com/r/hWkPECXWgH

Təhsil proqramından məmnunluq sorğusu: https://forms.office.com/r/SZRWRcS2pW

Karyera məsləhəti xidməti

“Karyera məsləhəti xidməti” tələbə və məzunlarımızın şəxsi və peşəkar inkişafını dəstəkləmək məqsədilə yaradılmışdır. Bu xidmət, karyera hədəflərini müəyyənləşdirmək və şəxsi inkişaf prosesini irəli aparmaq üçün geniş imkanlar təqdim edir.

Niyə “Karyera məsləhət xidməti”ndən istifadə etməlisiniz?

Fərdi yanaşma: Hər bir tələbə və məzuna fərdi yanaşma tətbiq edərək, onların karyera maraqlarını və məqsədlərini daha yaxşı başa düşməyə çalışırıq.

Peşəkar məsləhətlər: Peşəkar təlimatçılarımızla birbaşa əlaqə saxlamaq və onların təcrübəsindən faydalanmaq imkanı əldə edəcəksiniz.

Karyera planlaması: Karyera planlamasında dəstək alaraq, öz inkişaf yolunuzu daha dəqiq müəyyənləşdirə bilərsiniz.

Xidmətlərimiz:

Məsləhət saatları: Tələbə və məzunlarımız üçün xüsusi məsləhət saatları təşkil edirik. Bu saatlarda fərdi məsləhətlər alaraq, karyera hədəflərinizi müzakirə edə bilərsiniz.

Təlim və seminarlar: Müxtəlif sahələr üzrə təlim və seminarlar təşkil edərək, tələbə və məzunlarımızın bilik və bacarıqlarını artırmağa çalışırıq.

Karyera resursları: Karyera inkişafı üçün müxtəlif resurslar və materiallar təqdim edirik.

“Karyera məsləhəti xidməti”ndən faydalanmaq üçün sadəcə olaraq aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyatınız təsdiqləndikdən sonra, sizinlə əlaqə saxlayaraq növbəti addımları müzakirə edəcəyik.

Qeydiyyat üçün linki: https://forms.office.com/r/QQ10Lx3Hzb

Əməkdaşlıq etdiyimiz müəssisələr

Mərkəz müdiri

Cəfərov Nuran Zakir oğlu

Təhsil və sertifikatlar:

  • Magistr – Azərbaycan Memarlıq və İnşaat Universiteti, Menecment ixtisası, 2015-2017
  • Bakalavr – Azərbaycan Memarlıq və İnşaat Universiteti, Menecment ixtisası, 2010-2014
  • Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi, Dövlət Qulluğu sertifikatı – BB2
  • “Cənubi Qafqazda Aztəminatlı Məcburi Köçkün və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” proqramı çərçivəsində “Karyera Məsləhətçiləri Kursu” təlimi

İş təcrübəsi:

  • Mingəçevir Dövlət Universiteti, Təcrübə və karyera inkişafı mərkəzi – müdir
  • Mingəçevir Dövlət Universiteti, Biznes və menecment kafedrası – müəllim
  • Mingəçevir Dövlət Universiteti, Tədris şöbəsinin Təcrübə bölməsi – mütəxəssis
  • Mingəçevir Dövlət Universiteti, Karyera mərkəzi – mütəxəssis
  • Mingəçevir Dövlət Universiteti, İqtisadiyyat və idarəetmə fakültəsi – akademik məsləhətçi

Elmi nəşrlər:

  1. Kollektivdə sosial-psixoloji mühitin və adekvat işçi atmosferinin yaradılmasında menecer amili (Böyük Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransı materialları). 2019.
  2. İdarəedən şəxsiyyətin natiqlik istedadı və postindustrial cəmiyyət (Şəxsiyyət, cəmiyyət, dövlət: Qarşılıqlı münasibətlərə müasir yanaşmalar Respublika elmi konfransın materialları). 2019. Səhifə 454-456.
  3. Postindustrial cəmiyyətin inkişafında menecmentin rolu və əhəmiyyəti (Gənc alimlərin IV Respublika elmi-praktik konfransı materialları) 2019.
  4. Regional sosial-mədəni infrastrukturun modernləşdirilməsində innovasiya menecmentinin rolu (Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda Respublika elmi konfransın materialları). 2020. Səhifə 367-370.
  5. Heydər Əliyev və müasir idarəçilik strategiyasının komponentləri (Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Vətən müharibəsində qazandiğimiz tarixi zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfransın materialları). 2020. Səhifə 212-215.
  6. Postpandemiya dövründə industrial tendensiyalar və idarəçilik trendləri (“Davamli inkişaf strategiyasi: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” I Beynəlxalq elmi konfransın materialları). 2021. Səhifə 434-438.
  7. Biznes təşkilatlarında maliyyə menecmentinin rolu və vəzifələri (“Heydər Əliyev dühasi və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfransın materialları). 2022. Səhifə 189-193.
  8. Features of managerial activity of managers in an extraordinary situation (МАТЕРІАЛИ ХVI Міжнародної науково-практичної конференції «ПРОБЛЕМИ ТА ПЕРСПЕКТИВИ РОЗВИТКУ ПІДПРИЄМНИЦТВА»). 2022. Səhifə 107-108.
  9. HEYDƏR ƏLİYEVİN KEÇDİYİ MÖHTƏŞƏM TƏŞKİLATÇILIQ VƏ LİDERLİK YOLU (“Heydər Əliyev – 100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda Respublika konfransının materialları). 2023. Səhifə 443-446.
  10. Müəssisənin dayanıqlı inkişaf strategiyası və idarəçilik mexanizmlərinin iş rejimi: reallıqlar və perspektivlər (Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “DAVAMLI İNKİŞAF STRATEGİYASI: QLOBAL TRENDLƏR, MİLLİ TƏCRÜBƏLƏR VƏ YENİ HƏDƏFLƏR” II Beynəlxalq elmi konfransının materialları). 2023. Səhifə 337-340.
  11. HEYDƏR ƏLİYEVİN YARATDIĞI KLASSİK İDARƏÇİLİK MODELİ MÜASİR MÜƏSSİSƏNİN İDARƏÇİLİK SİSTEMİNİN QURULMASINDA NÜMUNƏ KİMİ (Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur). 2024. Səhifə 601-605.

Əməkdaşlar

    Razim Qurbanov – mütəxəssis

Xəbərlər

Elanlar

Əlaqə

Mingəçevir ş., D.Əliyeva 21, AZ4500

tecrübe.karyera@mdu.edu.az

(+994) 55 6354045

Karyera və inkişaf mərkəzi

Şöbə haqqında

Karyera və İnkişaf Mərkəzi (KİM) Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 03 dekabr 2021-ci il tarixli qərarına əsasən yaradılmışdır.

Mərkəz MDU ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə layihəsi əsasında qurulmuşdur.

KİM-in məqsədi tələbə və məzunların karyera planlaması və inkişafı, iş dünyasına hazırlıq, ixtisaslarına uyğun iş tapmalarına, şəxsi və peşəkar inkişaf yönümlü mövzularda uğur əldə etmələrinə köməklik göstərmək, habelə MDU əməkdaşlarının peşəkar inkişafına töhfə vermək, həmçinin məzunlarla universitet arasında olan əlaqələri qoruyub saxlamaq və inkişaf etdirməkdir.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktları, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aktlarını, MDU-nun nizamnaməsini, MDU rəhbərliyinin qərar və göstərişlərini, həmçinin bu Əsasnaməni rəhbər tutur.

Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən MDU-nun strukturuna daxil olan qurumlarla, həmçinin dövlət və yerli özünü idarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Şöbədə görülən işlər

  • MDU-nun tələbə və məzunlarına iş tapmaqda və təcrübə toplamaqda, karyera inkişafında və seçimində yardım göstərir;
  • Tələbələrin iş təcrübəsi yerlərinin müəyyənləşdirilməsi, məzunların işlə təmin edilməsi məqsədi ilə özəl və dövlət qurumları ilə əməkdaşlığın qurulmasını, tələbələrin ixtisasları üzrə dövlət və özəl müəssisələrdə təcrübə keçmələrini və işlə təmin olunmasını təşkil edir;
  • Karyera planlamasının vacibliyini tələbələrə aşılayır və bu mövzularda onlara fərdi şəkildə köməklik göstərir;
  • İş və sosial həyatda daha da uğurlu olmaq üçün tələbə və məzunlara müvafiq konsaltinq (məsləhət görüşləri) keçirir;
  • Yerli və beynəlxalq müəssisələrin təşkil etdiyi təqaüd proqramları haqqında tələbələri məlumatlandırır və bu proqramlarda iştirakına dəstək göstərir;
  • Şəxsi və peşəkar inkişaf sahələrində uğur qazanmış şəxslərlə görüşlər təşkil edir;
  • İş dünyasının tələb etdiyi bacarıq və bilgilərə yiyələnmək üçün praktik seminar və təlimlər təşkil edir;
  • CV, rezume və motivasiya məktublarının yazılmasına dair seminarlar, müsahibə və praktik məşğələlər, karyera seçimində məsləhət, liderlik və sahibkarlıq mövzusunda geniş tədbirlər, əmək yarmarkaları təşkil edir və işgüzar görüşlər təklif edir;
  • Fəaliyyət sahələri üst-üstə düşən tələbə klubları ilə ortaq proqramların təşkilini, İş Dünyasının (ayrı-ayrı şirkət və ya müəssisələrin) maraqlarını əks etdirən müxtəlif təyinatlı (elmi, idman, sosial, iqtisadi, mədəniyyət və s. xarakterli) proqramların tələbə klubları ilə ortaq keçirilməsini təmin edir;
  • Fərdi olaraq hər bir tələbənin karyera planını qurma qaydaları haqqında tələbələri məlumatlandırır. Tələbələrin suallarına cavab verildikdən sonra onlara ayrılıqda öz karyeralarını necə qurmaları haqqında məsləhətlər verilir;
  • Karyera sərgilərini təşkil edir və müvafiq şirkətlərin o sərgilərdə iştirakını təmin edir;
  • Məzun-məzun və məzun-universitet arasındakı əlaqələrin qorunub saxlanılmasını və inkişaf etdirilməsini sosial, mədəni və idman fəaliyyətlərinin dəstəyi ilə həyata keçirir;
  • Məzunları iş imkanları ilə təmin etmək məqsədi ilə şirkətlərlə məzunlar arasında əlaqələr qurur və bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçirir;
  • İş təcrübəsi olmayan məzunlar üçün müvafiq təcrübə yerlərinin tapılmasını həyata keçirir;
  • Məzunlar və tələbələr haqqında statistik məlumat bazası yaradır və rezüme bazası hazırlayır.

    Təlimlər

    Ünsiyyət bacarıqları

    Liderlik bacarıqları

    Sahibkarlıq bacarıqları

    Natiqlik

    Karyera Planlaması

    Müsahibəyə hazırlıq

    Təqdimat bacarıqları

    Zamanın idarə edilməsi

    Uğurlu CV və rezüme hazırlanması

Əməkdaşlar

İlhamə Məmmədova – mütəxəssis

Razim Qurbanov – operator-kargüzar

Xəbərlər

Əlaqə