Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri ilə maarifləndirici görüş keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsi tələbələrin maarifləndirilməsi məqsədilə qrup nümayəndələri ilə məlumatlandırıcı görüş keçirib. Görüşdə əsas diqqət universitetin keyfiyyət təminatı siyasətinə və tələbələrin bu prosesdə fəal iştirakına yönəldilib.

Şöbənin fəaliyyəti və universitetin keyfiyyət təminatı siyasəti haqqında ətraflı məlumat verilib. Təhsil fəaliyyətinin universitetin strateji inkişaf planına uyğun planlaşdırılması vurğulanıb.

Tələbələrlə interaktiv fikir mübadiləsi aparılıb, onların təklifləri və sualları dinlənilib. Təhsilin keyfiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilib və maarifləndirici materiallar təqdim edilib. Qeyd edək ki, MDU tələbələrinin maarifləndirilməsi və təhsilin keyfiyyətinin artırılması istiqamətində bütün ixtisaslar üzrə silsilə görüşlər davam etdirilir.