MDU-nun Təhsil fakültəsində Təcrübə Kommisiyalarının işinə start verilib

  • Post category:Təhsil

2024-cü ilin 24 iyun tarixindən etibarən Mingəçevir Dövlət Univesrsitetinin (MDU) Təhsil fakültəsində Təcrübə Komissiyalarının işinə start verilib.

2020-ci ildə təsdiq edilmiş yeni Təhsil Proqramları və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq təlimati məktubuna əsasən 2023/2024-cü ildə təşkil edilmiş pedaqoji internatura iki mərhələdə aparılıb.

Birinci mərhələdə pedaqoji təcrübə müvafiq təcrübə bazalarında 14 həftə müddətində təşkil edilib.

Təcrübə bazasında pedaqoji internaturanı müvəffəqiyyətlə keçən tələblər təcrübənin ikinci mərhələsinə – hesabat mərhələsinə buraxılıb. Hazırda MDU-da Təcrübə Komissiyaları yüksək obyektivlik və şəffaflıq şəraitində tələbələrin təcrübə hesabatlarının qəbulu prosesi davam etdirilir.