Mingəçevir Dövlət Universiteti Özbəkistanda keçirilən beynəlxalq elmi konfransda təmsil olunub

  • Post category:Beynəlxalq

2025-ci il iyunun 13-də Mingəçevir Dövlət Universiteti Özbəkistan Respublikasının Andican Xarici Dillər Dövlət İnstitutu tərəfindən keçirilən “Fərqanə vadisi bölgələrində turizmin, bələdçi-müşayiətçi, tərcümə və otelçilik sahələrinin inkişafı, eləcə də xarici dillərin tədrisində yeni perspektivlər” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.

Sözügedən beynəlxalq elmi konfransda (zoom platforması üzərindən) MDU-nun əməkdaşları – Elmi işlər üzrə prorektor əvəzi, prof. Veysəl Əyyubov, Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev, Elm və innovasiyalar şöbəsinin baş mütəxəssisi Günel Kərimli, Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Samirə Əhmədova, İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Qurban Qurbanzadə, İnformasiya texnologiyaları mərkəzinin operatoru Elmin Osmanov iştirak etmişlər.

Konfransa Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrinin professor-müəllim heyəti, praktiki sahə üzrə mütəxəssislər, doktorantlar, müstəqil tədqiqatçılar, magistrantlar və tələbələr dəvət olunmuşdur.

Konfransda Fərqanə vadisində turizm infrastrukturunun və otel xidmətlərinin inkişafı məsələləri, Bələdçi və tərcüməçilər üçün müasir tələblər və kadr hazırlığı strategiyası, Xarici dillərin tədrisinə innovativ yanaşmalar və onların turizm sahəsi ilə inteqrasiyası, Müasir dilçilik və tərcüməşünaslıq problemləri – elmi istiqamətləri üzrə məqalələrlə çıxışlar olunmuşdur. MDU-nun 2 əməkdaşı, Xarici dillər kafedrasının müəllimləri – Nərgiz Kərimova və Fidan İsayeva konfransda müvafiq mövzu üzrə məqalələrlə çıxış etmişlər.