05 dekabr 2018-ci ildə “Beynəlxalq Könüllülər Günü” münasibətilə Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı “Könüllü olaq” adlı təlim həyata keçirib. Təlim universitetin əsas tədris binasında baş tutub. Təlimdə açılış nitqi ilə çıxış edən Tələbə Gənclər Təşkilatının sədri Samrin Xanlayev öncə tələbələri salamlayıb, “Könüllülər günü” münasibətilə tələbə könüllüləri təbrik edib. Sonra Samrin Xanlayev könüllülüyün əhəmiyyətini vurğulayıb, hər kəsi müəyyən ictimai xarakterli aksiya və tədbirlərdə könüllü fəaliyyətə çağırıb.
Sonra təlimçi Nuranə İbrahimova tələbə gənclərə könüllülüyün mahiyyəti, tarixi, əhəmiyyəti, üstünlükləri və faydalarından bəhs edib. Təlim diskussiya formatında davam edib.