

Əziz məzunlar, əgər özünüz haqqında məlumatı illər üzrə məzunlar siyahısı faylında tapmadınızsa xahiş edirik Məzun məlumat bazası forumundan qeydiyyatdan keçəsiniz: https://forms.gle/C9XMqbYcLW1ePsoT7
Aşağıdakı keçidlərə daxil olaraq, xronoloji ardıcıllığa əsasən siyahılarla tanış ola bilərsiniz.
Məzunlarımızın karyera inkişafına və işlə təmin olunmasına dəstək olmaq məqsədilə “CV bazası” yaradılmışdır. Bu platforma vasitəsilə məzunların işlə təmin olunması üçün işəgötürənlərlə əməkdaşlıq edilir.
Qeyd: Məzunlarımızın şəxsi məlumatlarının təhlükəsizliyi bizim üçün önəmlidir. Bu səbəbdən, bazada yerləşdirilən bütün məlumatlar müvafiq təhlükəsizlik tədbirləri ilə qorunur və yalnız işəgötürənlərə açıqdır. CV formalarını tecrube.karyera@mdu.edu.az ünvanına göndərə bilərsiniz.
Məzunlarımızı aşağıdakı sorğularda iştirak etməyə dəvət edirik:
Karyera xidmətlərindən məmnunluq sorğusu: https://forms.office.com/r/hWkPECXWgH
Təhsil proqramından məmnunluq sorğusu: https://forms.office.com/r/SZRWRcS2pW
- Mingəçevir Dövlət Universitetinin (MDU) həyata keçirdiyi təhsil siyasətinin əsas meyarlarından biri də məzunlarla işin düzgün təşkil edilməsidir. Tələblərin universiteti bitirdikdən sonrakı peşəkar fəaliyyəti daim MDU-nun diqqət mərkəzində olan məsələlərdəndir. Belə ki, universitetin müvafiq struktur bölməsinin fəaliyyət planında “məzunlarla iş” istiqaməti xüsusi bir bölmədir. Odur ki, MDU məzunlara iş axtarışı üçün lazım olan məlumat forması, istək məktubları hazırlamaqda və iş müsahibələrinə hazırlaşmaqda köməklik göstərmək, istehsalat müəssisələrdə olan vakant iş yerləri haqqında məlumat toplamaq, bu məlumatların iş axtaran məzunlara çatdırılmasını təmin etmək, MDU-nun əməkdaşlıq etdiyi ali, orta-ixtisas, peşə təhsil müəssisələri ilə birgə məzun yarmarkaları təşkil etmək kimi əsas fəaliyyət istiqamətləri vardır.
- Siz də Mingəçevir Dövlət Universitetinin məzunusunuzsa, əmək fəaliyyətinizə necə başlayacağınıza və ya hansı yolun sizə uyğun olduğuna Karyera və İnkişaf Mərkəzi ilə (KİM) birgə qərar verə bilərsiniz. Məhz MDU məzunu olmağınız sizə düzgün karyera planlamasında KİM-dən dəstək və yardım almaq hüququ verir. Bu üstünlük məzunlarımıza CV-rezüm və ya istək məktubu hazırlanması üsulları, iş müsahibələrinə hazırlıq və digər karyera məsləhəti xidmətlərindən ödənişsiz istifadə imkanı yaradır. Qeyd edilən xidmətlərdən yararlanmaq üçün sorğu formasını dolduraraq uyğun gün və saat üçün bizdən görüş tələb edə bilərsiniz.
Əlaqə üçün:
E-mail: mezun@mdu.edu.az
Telefon:
(+99424) 275-32-72
Faks:
(+99424) 275-32-72
MDU-nun əsas binası, 106-cı otaq.