Mühəndislik fakültəsində
TEC-in VIII elmi konfransı keçirilib
Mingəçevir Dövlət Universiteti Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin “İKT və müasir gənclik” mövzusunda VIII elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə fakültə dekanı, dosent Vüqar Mustafayev açıb. O, konfrans iştirakcılarına rektor Akif Hacıyevin salamlarını yetirib və konfransın işinə uğurlar dilədiyini qeyd edib. Tələbələrin elmi işlərə marağının sürətlə artdığını diqqətə çatdıran V.Mustafayev kafedraların bu sahədə fəaliyyətini müsbət qiymətləndirmişdir. Fakültə dekanı bildirib ki, tələbələr təcrübəli müəllim heyətinin rəhbərliyi ilə elmi tədqiqat işləri aparırlar. О universitetin rəhbərliyinin gənclərə həmişə xüsusi qayğı göstərdiyini, istedadlı tələbələrin elmi-tədqiqat işlərini yüksək qiymətləndirdiyini vurğulayıb və bu ənənənin bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.
Sonra professor Vesyəl Əyyubov çıxış edərək tələbələrə və onların rəhbərlərinə təşkil olunan konfransda uğurlu və maraqlı çıxışlar diləyib.
Sonra məruzələr dinlənilib. Mühəndislik fakültəsinin İT17 saylı qrup tələbəsi Xoşqədəm Elşən qızı Məmmədli “Virtual mühitdə təhlükəsizliyin təmin edilməsi” (elmi rəhbər müəllim Asudə Məmmədəli qızı Abdurahmanova), İT16 saylı qrup tələbəsi Hürü Eldar qızı Hüseynli “3D printerlər və onların yaratdığı təhlükələr” (elmi rəhbər müəllim Nərmin Kamil qızı Əhmədova), İT17 saylı qrup tələbəsi Türkan Fərman qızı Şabanlı “Bulud texnologiyaları” (elmi rəhbər müəllim Şəbnəm Sadiq qızı Nəsirova), İT16 saylı qrup tələbəsi Elmar Elçin oğlu Abdullayev “Süni intellektin genetik kodlaşdırmaya tətbiqi” (elmi rəhbər müəllim Ceyhun Bəşir oğlu Əlizadə), İT16 saylı qrup tələbəsi Aidə Arif qızı Qurbanova “Obrazların tanınmasında şəbəkə texnologiyasının rolu” (elmi rəhbər tex.f.d. Aidə Mübariz qızı Mustafayeva) mövzularında məruzə ilə çıxış ediblər.
Sonra “H-TECH” MMC-nin İstehsalat və texniki məsələlər üzrə direktor müavini Orxan Nadirov çıxış edib. Tələbələrin aktual mövzu seçimləri, müstəqil, səlis çıxışlarını yüksək qiymətləndirilib. Məhz İKT sahəsində universitet tələbələrinə təkliflərini irəli sürüb.
Sonda Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri, baş müəllim Günəş Şəfaqətov çıxış edərək tələbələrə və onların rəhbərlərinə təşkil olunan konfransda uğurlu və maraqlı çıxışlarına görə təşəkkür edib və fəaliyyətlərində uğurlar diləyib.
Qeyd edək ki, konfransın işində fakültə dekanları, kafedra müdirləri, professor-müəllim və tələbə heyəti, KİV nümayəndələri iştirak ediblər.
{phocagallery view=category|categoryid=140|limitstart=0|limitcount=0}