Mingəçevir Dövlət Universitetində (MDU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “AÇIQ QAPI” günü keçirilib

  • Post category:MDU xəbərləri

30 yanvar 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin payız semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

Hibrid formada təşkil edilmiş “Açıq qapı” günündə MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, tədris işləri üzrə prorektor Üzeyir Zeynalov tələbə və magistrantlarla görüşüb. Təşkil edilmiş görüşdə universitetin akademik heyət üzvləri də iştirak ediblər.
Üzeyir Zeynalov görüş iştirakçılarını salamlayaraq, imtahanların obyektiv, şəffaf və ədalətli keçirilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirib və tələbə və magistrantlara uğurlar arzulayıb.
Sonra, tələbə və magistrantların müraciətləri dinlənilib. Çıxışlar zamanı onlar imtahan sessiyasının təşkilindən razı qaldıqlarını bildiriblər. Tələbələr imtahanlarda obyektivliyə görə universitet rəhbərliyinə, həmçinin professor-müəllim heyətinə minnətdarlıq edib, göstərilən xüsusi diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.