Mingəçevir Dövlət Universitetində (MDU)2025-ci il institusional akkreditasiya üzrə özünütəhlil hesabatının müzakirəsi keçirilib

  • Post category:MDU xəbərləri

01 aprel 2025-ci il tarixində MDU-nun Elmi Şurasında 2025-ci il institusional akkreditasiya üzrə özünütəhlilin nəticələri ilə bağlı müzakirə keçirilib. Təşkilat Komissiyasının sədri Veysəl Əyyubov hazırlanan Özünütəhlil hesabatı haqqında geniş məlumat verib.
Hesabatda universitetin təhsil, elmi fəaliyyət, infrastruktur və keyfiyyət təminatı sahələrində həyata keçirdiyi inkişaf tədbirləri və əldə etdiyi nəticələr geniş şəkildə təhlil olunaraq komissiya üzvlərinin və struktur bölmə rəhbərlərinin
nəzərinə çatdırılıb. Daha sonra özünütəhlil prosesində universitetin müxtəlif struktur bölmələri tərəfindən toplanan məlumatlar nəzərə alınaraq, mövcud vəziyyət və gələcək inkişaf istiqamətləri müəyyən edilib.
Mingəçevir Dövlət Universitetinin 2025-ci il üçün institusional akkreditasiya prosesində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim ediləcək hesabatın bütün tələb olunan kriteriyalara uyğun olduğunu bəyan edilib. Bu addım universitetin keyfiyyətə yönəlmiş inkişafını dəstəkləyəcək və təhsil sistemində daha da təkmilləşməyə yol açacaq.
Yekunda Özünütəhlil hesabatın bəzi düzəlişlər edilməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim olunması haqqında qərar qəbul edilib.