MDU alimi Mayıl İsmayılov Sloveniyanın Universitetində mühazirə deyib. Azərbaycanın Qəhrəman oğlu Mehdi Hüseynzadənin (Mixaylonun) qəbrini ziyarət edib

  • Post category:Xəbərlər (AZ)

 

MDU alimi Mayıl İsmayılov Sloveniyanın Universitetində mühazirə deyib.

Azərbaycanın Qəhrəman oğlu Mehdi Hüseynzadənin (Mixaylonun) qəbrini ziyarət edib

Mingəçevir Dövlət Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, respublikanın əməkdar müəllimi Mayıl İsmayılov Erasmus+ proqramı çərçivəsində Sloveniyada Novo-Qoriça Universitetində mühazirə deyib. Mayıl İsmayılov Novo-Qoriça Universitetinə müəllim mübadiləsi ilə yanaşı, Azərbaycanın böyük şairi Nizami Gəncəvi irsinin Sloveniyada öyrənilməsi məqsədilə dəvət olunmuşdur.

Mayıl İsmayılov mühazirələrdə bildirib ki, Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi-fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si insanlığın mənəvi sərvətlər axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur. Qüdrətli söz ustasının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbini yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.

Qeyd edək ki, Mayıl İsmayılovun sözlərinə görə Novo-Qoriça Universitetində yalnız ədəbiyyatı deyil onun rəqəmsal şəklində tədqiq edirlər. Nizami Gəncəvi – ədəbi simanın dünya ədəbiyyatında yeri və rolu kontekstində rəqəmsal şəklində yayılma arealını öyrənirlər. Onlar buna Azərbaycan – Sloveniya xalqını birləşdirən amil kimi baxır və ona görə də ədəbiyyata böyük qiymət verirlər.

Mayıl İsmayılov bildirdi ki, Novo-Qoriça Universitetində “Humanitar elmlərin” rəqəmsal şəkildə tədqiqi mərkəzi fəaliyyət göstərir. Doktor Ales Vautopiçin rəhbərlik etdiyi mərkəzin apardığı tədqiqatlara baxdıqda belə bir nəticəyə gəlmək olur ki, bizdədə ədəbi simaların yaradıcılığının rəqəmsal şəkildə tədqiq edilməyin vaxtı gəlib çatmışdır.

Mayıl İsmayılov qeyd edib ki, professor Katya Mihurko Poniz Avropa İttifaqı məkanında qadın şair və yazıçılarının yaradıcılığını tədqiq edir. O, hazırda yazdığı kitabın bir fəslini Azərbaycan qadın şair və aşıqlarının yaradıcılığına və onun yayılmasına həsr etmişdir.  

Mayıl İsmayılov bildirdi ki, onu Sloveniyaya dəvət edən professor Mladen Franko universitetin elmi işlər üzrə prorektorudur, ekologiya sahəsi üzrə alimdir. Lakin bununla yanaşı o, ədəbiyyata da bağlı bir şəxsiyyətdir. Professor Mladen Franko Azərbaycan-Sloveniya Dostluq Cəmiyyətinin vitse-prezidentidir. Azərbaycanın, o cümlədən Azərbaycan şair və yazıçılarının Sloveniyada təbliği istiqamətində əvəzsiz işlər görür. O, özü mühazirələrdə iştirak edir, Nizami Gəncəvi yaradıcılığı ilə başlı ədəbiyyatın toplanmasına diqqət göstərir.

Professor Mladen Franko eyni zamanda Mehdi Hüseynzadənin (Mixaylonun) şərəfinə hər ilin oktyabr ayında keçirilən yürüşdə iştirak edir.

Qeyd edək ki, Sloveniyanın Şempas qəsəbəsində Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadə – Mixaylo haqqında bu ölkəyə gələn turistlər üçün üç dildə geniş məlumat lövhəsi qoyulmuşdur. Mayıl İsmayılov professor Katya Mihurko Poniz və professor Mladen Frankonun müşayəti ilə keçmiş partızanalar ilk öncə Mehdi Hüseynzadənin abidəsini ziyarət edərək əfsanəvi qəhrəmanın qəbrüstü memarial kompleksinin üzərinə tər çiçəklər qoymuşdur.

Mladen Franko əfsanəvi kəşfiyyatçı Mixaylonun həyat və döyüş yoluna nəzər salıb, onun Adriatik dənizi sahillərindəki partizan fəaliyyətinə xüsusi diqqət ayırıb. Qeyd edib ki, Mehdi Hüseynzadənin qəhrəmanlığı, həyata keçirdiyi əməliyyatlar onu yerli əhalinin sevimlisinə, almanların isə qorxunc yuxusuna çevirib. 1944-cü il noyabrın 2-də Nova Qoritsa yaxınlığında yerləşən Solkan qəsəbəsindəki əməliyyatdan geri dönən Mixaylo Vitovlye kəndində alman hərbçiləri ilə döyüşdə qəhrəmancasına həlak olub. Əvvəlcə yaxınlıqdakı Şempas kəndində dəfn edilən Mixaylonun nəşi noyabrın 19-da silahdaşları və yerli əhali tərəfindən Çepovan məzarlığındakı qardaşlıq məzarına köçürülüb.

Mayıl İsmayılov professorlarla birgə qəhrəman Azərbaycan öğlunun xatirəsinə dərin hörmət və ehtiramlarını bildirərək Mehdi Hüseynazadənin həlak olduğu yerdə informasiyanı özündə əks etdirən məlumat lövhəsinidə ziyarət ediblər, Mehdi Hüseynzadənin adını daşıyan muzeylə tanış olublar. Muzeyda xatirə kitabına qeydlərini edib. Qəhrəmana məxsus şəxsi əşyalarından ibarət eksponatlarla tanış olublar.

Sloveniyada fəaliyyətini başa vuran Mayıl İsmayılov Venesiyanın tarixi yerlərini, abidələrini ziyarət edib.

Mayıl İsmayılov Venesiyahaqqında məlumat verib. Qeyd edib ki, İtaliyanın şimal-şərqində yerləşir. Adratik dənizinin Venesiya körfəzi sahilindədir. Veneto vil. və Venesiya əyalətinin inzibati mərkəzi. Bir-birindən 150 kanalla ayrılan 118 adada salınmışdır. Adalar arasında 400-ə qədər körpü var.

Mayıl İsmayılov qeyd edib ki, Venesiyanın görməli yerləri çoxdur. Onlardan biri də San-Marko meydanıdır. Yalnız nabələd adam Napaleon tərəfindən işlədilən kəlməni eşitməmiş olsun: “Avropanın ən qəşəng mehmanxanası San Markodur”. Meydan dəniz səviyyəsindən aşağı yerləşdiyindən daşqın zamanı o kiçik gölü xatırladır. Burada qədim stullarda oturub asta-asta qəhvə içirlər. Fincanı da 10 avroya. Soruşa bilərsniz niyə belə baha? Ona görə ki, burada vaxtilə Hemunquey və Bayron qəhvə içiblər.

Mayıl İsmayılov Venesiyanın körpüləri barədə də məlumat verib. Misal üçün Rialto körpüsünü götürək. O burada ən qədim körpüdür. Əvvəllər taxtadan olsa da,  XVI əsrdə uçqundan sonra daşdan tikilir. Qot üslubundakı Dojlar sarayını isə Venesiyanın vizit kartı adlandırırlar. Şəhərin kanallarında qondallarla səyahət romantik insanlara daha uyğundur. Xüsusən də Böyük kanalda. Bu uzunluğu 4 metrə bərabər olan su yolu şəhəri 2 hissəyə ayırır. Venesiyanın görməli yerləri sırasında Kampanilla, saat qülləsi, La Feniçe teatrı və s. gözəl yerlər vardır.

{phocagallery view=category|categoryid=165|limitstart=0|limitcount=0}