MDU alimlərinin 2019-cu ildə yeni dərs vəsaiti
Mingəçevir Dövlət Universitetinin alimlərinin “Xarici dillər” kafedrasının dosenti, p.f.d., Zenfira Mirsəfər qızı Əzizovanın və “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi, p.f.d. Sahib Hümmət oğlu Əliyevin yeni hazırladıqları “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” adlı Dərs vəsaiti nəşr olunub. Dərs vəsaiti pedaqoji təmayüllü ali məktəblərdə təhsil alan tələbələri Azərbaycan xalqının zəngin pedaqoji irsi, təlim, təhsil, tərbiyə nəzəriyyəsi və təcrübəsinin tarixi ilə tanış edir, eyni zamanda onlarda məktəb və pedaqoji fikir tarixinin öyrənilməsinə dair biliklərin zənginləşdirilməsinə xidmət edir.
Müəlliflərin fikrincə, Azərbaycançünaslıq anlamının məzmun çaları geniç və rəngarəngdir. Azərbaycanda məktəb və pedaqoji fikir tarixi bu məzmuna daxil olan əsas istiqamətlərdən biridir. Mənəvi mədəniyyətin formalaşmasına xidmət edən pedaqiji fikirlər, ideyalar, əməli işlər cəmiyyətin inkişafına təkan verən təməl rolunu oynamış, əsrlər ötdükcə tərkibində “Məktəb və pedaqiji fikir tarixi” adlanan elm sahəsi yaranmışdır.
“Mürtəcim nəşriyyatında” nəşr olunan dərs vəsaiti pedaqoji təmayüllü ali təhsil müəssisələrinin müəllim, doktorant, dissertant, magistrant və bakalvrları üçün nəzərdə tutulmuşdur. “Azərbaycan məktəb və pedaqoji fikir tarixi” adlı Dərs vəsaiti 10 fəsildən ibarət olmaqla, onun ərsəyə gəlməsində 36 zəngin ədəbiyyatdan istifadə olunmuşdur.
“Azərbaycan məktəb və pedaqoji fikir tarixi” adlı Dərs vəsaitinin elmi redaktoru pedaqogika üzrə fəlsəfə doktoru, dosent Akif Hacıyev, rəyçilər Gəncə Dövlət Universitetinin “Pedaqogika” kafedrasının müdiri, professor, pedaqogika elmləri doktoru Şahin Tağıyev, Mingəçevir Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Sahib Məmmədov, Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Nizami Zeynalov və Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının dosenti, tarix üzrə fəlsəfə doktoru Camal Alxasov olmuşdur.
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1108 nömrəli 08.12.2015-ci il tarixli “Tədris vəsaitlərinə nəşr hüququnun (qrif) verilməsi məsələlərinin tənzimlənməsi barədə” əmrinə müvafiq olaraq Mingəçevir Dövlət Universiteti Elmi Şurasının 04 dekabr 2018-ci il tarixli 4 saylı qərarı və universitetin rektorunun 12 dekabr 2018-ci il tarixli 182 saylı əmrilə təsdiq edilmişdir.
{phocagallery view=category|categoryid=112|limitstart=0|limitcount=0}