2024-cü ilin 10 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin akademik və inzibati heyəti müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə abidəsi önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Bu tədbir, Heydər Əliyevin xalqımıza və dövlətimizə verdiyi əvəzsiz xidmətləri bir daha xatırlamaq və onun ideyalarını yaşatmaq məqsədi daşıyıb.