2024-cü ilin dekabrın 2-də Mingəçevir Dövlət Universitetinin (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “COP-29: reallıqlar və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı açıq elan edən MDU-nun rektor v.m.i.e. Üzeyir Zeynalov “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı “Bu, bizim gələcək istiqamətlərimizin prioritetləri sırasında olacaq”, – deyə vurğulayıb. Daha sonra universitetin bir çox akademik heyətinin çoxsaylı tədbirlər keçirildiyini, məqalələr çap edildiyini bildirib. Ü.Zeynalov eyni zamanda, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, iqlim dəyişmələrinə uyğunlaşma və yumşaldılma sahəsində həyata keçirilən tədbirlər, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində atılan addımlar, o cümlədən bu sahədə milli və regional səviyyədə əməkdaşlıqdan bəhs edib. Azərbaycanın belə bir şəraitdə COP29 kimi nüfuzlu bir tədbirə ev sahibliyi etməsinin rəmzi məna daşıdığını söyləyən Ü.Zeynalov ölkəmizdə Prezident İlham Əliyevin liderliyində ekologiyaya yüksək həssaslıqla yanaşıldığını, yaşıl dünyamızın qorunduğunu vurğulayıb.
Daha sonra konfransda MDU-nun İqtisadiyyat kafedrasının baş müəllimi Günəş Şəfaqətov “COP29-un Azərbaycan iqtisadiyyatının inkişafına təsiri imkanları”, MDU-nun Fizika və Ekologiya kafedrasının müəllimi Natəvan İbrahimova “COP29 və Ekoloji Siyasət: dayanıqlı inkişafın prioriteti kimi”, MDU-nun Energetika kafedrasının müəllimi Elsevər Cəfərov “COP29 və yaşıl enerji siyasəti: davamlı gələcəyin strateji hədəfləri”, MDU-nun Fizika və Ekologiya kafedrasının müəllimi Gülmirə Məmmədova “COP29 və təhsil: ekoloji tərbiyənin Azərbaycan təhsilinə inteqrasiyası”, MDU-nun Mexanika kafedrasının müəllimi Qaragöz Kərimov “COP29 və nəqliyyat sahəsində gözləntilər: ekoloji təsirlər və strateji addımlar”, 8 saylı RETSİ, Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun məsləhətçisi Ülkər Paşayeva “COP29-un yekunlarının Mingəçevir şəhərində tətbiqi imkanları” mövzusunda məruzələr dinlənilib.
Sonda çıxış edən Ü.Zeynalov elmi- praktiki konfransda dinlənilən məruzələri yüksək qiymətləndirib, çıxışçıların yeni yanaşmalar ortaya qoyduğunu söyləyib. Qeyd edib ki, MDU iqlim dəyişiklikləri probleminin cəmiyyətə çatdırılmasında, insanların maarifləndirilməsində və təbliği istiqamətində işlər ini davam etdirəcək.