MDU-da Keyfiyyətə Nəzarət və Qiymətləndirmə Mərkəzinin yaradılması və
inkişafı ERASMUS +layihəsi çərşivəsində tələbələr və
pedaqoji heyət arasında sorğu keçirildi
Mingəçevir Dövlət Universiteti Avropa Komissiyası tərəfindən bu il qalib olmuş beynəlxalq “ERASMUS+” layihəsinin tərəfdaşı qismində çıxış edir. Layihənin xarici partnyorları Litva Sosial Elmlər Kolleci, İspaniyanın Alikante Universiteti, İsveç Texniki Universiteti və Birləşmiş Krallıq Universitetidir. Mingəçevir Dövlət Universitetinin Bakı Biznes Universitetinin rəhbərliyi ilə həyata keçirilən bu nüfuzlu layihə Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin yaradılması və inkişafını nəzərdə tutur. Sözügedən “ERASMUS+” layihəsi cərcivəsində imzalanmış müqavilənin əsas məqsədi Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişafıdır.
Layihənin uğurla həyata keçirilməsi üçün Mingəçevir Dövlət Universitetinin Beynəlxalq Əlaqələr sektorunun müdiri Samirə Əhmədovanın və layihə heyətinin üzvləri, Tədris Hissəsinin müdir müavini Üzeyir Zeynalovun, Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi, iqtisadçı menecer Kamal Əhmədovun nəzarəti ilə aprelin 5 və 6-da Mingəçevir Dövlət Universitetinin tələbə və pedaqoji heyəti arasında sosioloji sorğu keçirildi. Qeyd etmək lazımdır ki, sorğu layihənin iş planına əsasən aparıldı.
Tələbələr üçün 43 və pedaqoji heyət üçün 45 sualdan ibarət sorğuya universitetin 3 fakültəsindən, təhsilin bakalavr və magistratura pilləsində təhsil alan bakalavr və magistrantlar və müxtəlif ixtisaslar üzrə pedaqoji və universitetin administrativ heyətinin nümayəndələri cəlb olunub. Sorğu hər bir fakültənin kompüterlərlə təchiz olunmuş auditoriyalarında layihənin heyət üzvlərinin müşayiəti ilə keçirildi. Sorğuda tələbələrin və pedaqoji heyətin iştirakı tamamilə obyektiv, demokratik və şəffaf prinsiplər əsasında aparıldı.
{phocagallery view=category|categoryid=9|limitstart=0|limitcount=0}