Mingəçevir Dövlət Universitetində Elmi Şura iclası keçirilib

  • Post category:MDU xəbərləri

27 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda tədris və elmi fəaliyyətin inkişafı ilə bağlı bir sıra mühüm məsələlər müzakirə edilib və əhəmiyyətli qərarlar qəbul olunub.

İclasda çıxış edən MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov Şura üzvlərinə iclasın gündəliyindəki mövzuları təqdim edib. İclasda Təhsil fakültəsinin fəaliyyəti haqqında (tədrisin keyfiyyəti, elmi fəaliyyət, tələbələrlə iş), MDU-da dayanıqlı inkişafın təşkili, MDU-da təcrübə və karyera inkişafı sahəsində görülən işlər, 2024/2025-ci tədris ilinin payız imtahan sessiyasının yekunları, I yarımilin tədris prosesinin yekunları və II yarımil üçün tədris prosesinin təşkili haqqında hesabatlar dinlənilib. Hər bir hesabat ayrılıqda aparılan müzakirələrdən sonra Elmi Şura üzvlərinin müvafiq təklif və tövsiyələri nəzərə alınmaqla qəbul olunub.

Elmi Şuranın iclası cari məsələlərə baxılmaqla davam edib.