Mövcud təhsil proqramı (Xarici dil müəllimliyi və Dil və ədəbiyyat müəllimliyi-ingilis dili) üzrə Xarici dillər kafedrasının işçi qrupu əmək bazarı nümayəndələri ilə görüşüb
10 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Xarici dillər kafedrasının professor-müəllim heyətindən bir qrupu Mingəçevir şəhər S.Vurğun adına 16 saylı tam orta məktəbdə məktəb rəhbərliyi ilə görüş keçirib. İşgüzar qaydada təşkil edilən görüşdə Mingəçevir şəhər S. Vurğun adına 16 saylı məktəbin direktoru Aygün Quliyeva, Tədris işləri üzrə direktor müavini Əminə Nəbiyeva
və İngilis dili müəllimi Dürdanə Kərimova, Xarici dillər kafedrasının müdiri, dos. Mehdi Rəhimov, kafedranın əməkdaşları Lalə Rüstəmova, Nərgiz Kərimova, Fərhad İbrahimov və Nüranə Ələkbərova iştirak ediblər.
Görüşdə cəmiyyətin inkişafında təhsilin, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında xarici dillərin tədrisinin müstəsna rolu vurğulamış, bu sahədə məktəbdə mövcud vəziyyət, universitet və məktəbin qarşılıqlı fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılılıb.
Qeyd edilib ki, orta məktəb şagirdlərinin xarici dilin mənimsənilməsində ən böyük problemlərindən biri də kommunikativ qrammatika və nitq qabiliyyətlərinin yetərsizliyidir. Bu istiqamətdə kafedra əməkdaşlarının məktəbdə ustad dərsləri və müxtəlif mövzularda Conversation Club aparmasına ehtiyac olduğu diqqətə çatdırılmışdır.