04 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində Fövqəladə Hallar Nazirliyi (FHN) Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda seminar keçirilib. Seminarda Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin Ərazi orqanları ilə iş şöbəsinin baş zabiti daxili xidmət mayoru Azər Mahmudov, Maarifləndirmə sektorunun baş məsləhətçisi Məzahir Qaçayev, Maarifləndirmə sektorunun baş məsləhətçisi Anar Məmmədov və Aran Regional DYNİ-nin inspektoru, daxili xidmət kapitanı Elnur Həbibzadə, Mexanika kafedrasının “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr və bu ixtisas üzrə dərs deyən müəllimlər iştirak ediblər.
Seminarda fövqəladə hallar baş vermədən əvvəl həyata keçirilən profilaktik tədbirlər və təhlükəsizlik qaydalarına dair ətraflı məlumat verilib. Mütəxəssislər tərəfindən müxtəlif mövzularda təqdimatlar aparılıb və iştirakçıların sualları cavablandırılıb. Tədbir iştirakçıları həmçinin fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə ətraflı məlumat veriblər.
Mingəçevir Dövlət Universitetində kadr hazırlığı aparılan ixtisasların əmək bazarının nümayəndələri ilə keçirilən bu cür görüşlər çox faydalı hesab olunub. Gələcəkdə bu cür seminarların davam etdirilməsi planlaşdırılır.